Çərşənbə, May 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Bəlkə Kreml Azərbaycan qazının Yunanıstandan nəqlini pozmaq istəyir?”

13/04/2015
3
BAXIŞ
Share on FacebookShare on Twitter

tap_5

Ötən həftə Rusiya prezidenti Vladimir Putin Yunanıstanın baş naziri Aleksis Tsiprası qəbul edərək “Türk axını” qaz kəməri layihəsinin yunan ərazilərindən keçməsi məsələsini müzakirə etdi.

Virtualaz.org saytı xəbər vermişdi ki, Putin Yunanıstan baş nazirini bu layihənin Afina üçün çox sərfəli olacağını inandırmağa çalışıb. O bildirib ki, “Türk axını” kəməri Yunanıstan üçün hər il yüz milyonlarla dollar stabil tranzit gəliri vəd edir və bu ölkəni Avropanın cənubu üçün mühüm enerji mərkəzinə çevirəcək, onun geosiyasi əhəmiyyətini artıracaq.

A.Tsiripas isə Yunanıstanın bu layihədə iştirakı məsələsinə baxıldığını, əgər bu, baş verərsə, Afinanın Ankara ilə münasibətlərinin xeyli yaxşılaşacağını deyib.

Ancaq yunan baş nazir əlavə edib ki, layihənin adı xoşuna gəlmir: “Biz “Türk axını” adını qəbul edə bilmərik”.

“Alman dalğası” radiostansiyası bu mövzunu şərh edərək qeyd edir ki, Putin yunan baş nazirə “möcüzə-kəmər” təklif edib. Ancaq Kreml rəhbərinin sifətindəki darıxdırıcı ifadəyə əsasən hiss etmək olardı ki, bütün bu deyilənlər başdan ayağa şişirtmədir.

Sonda Putin özü də incə şəkildə bu şişirtməyə görə məsuliyyətdən yaxasını kənara çəkib “Türk axını”ına dair heç bir konkret razılaşma əldə edilmədiyini vurğuladı.

Şərhdə deyilir ki, əslində Rusiyanın dayandırdığı “Cənub axını” layihəsinin dumanlı kölgəsi olan “Türk axını” ilə bağlı məsələ heç də birmənalı deyil.

Rusiya bu layihə ilə Avropa İttifaqının təzyiqləri nəticəsində “Cənub axını”nın tikintisini donduran Bolqarıstandan qisas almaq istəyir. Nümayiş etdirir ki, Bolqarıstan ərazisindən qaz tranziti planlarından imtina edir. Lakin bu, o deməkdir ki, Rusiya Bolqarıstanın yerləşdiyi regiona ildə 50 milyard kubmetr qaz nəql etmək planlarını da reallaşdıra bilməyəcək. Bu planı reallaşdırmaq üçün “Türk axını”nın son nöqtəsindən, yəni Yunanıstanın Türkiyə ilə sərhədindən hansısa kəmər şimala – Bolqarıstana istiqamət almalı idi. Ancaq Bolqarıstan hazırda Rusiya tərəfindən tranzit ölkə kimi nəzərdən keçirilmədiyindən Yunanıstan ideyası meydana çıxıb.

Ancaq Yunanıstandan tranzitlə hara? Məsələ bundadır ki, Yunanıstandan  ancaq Makedoniya və Albaniyaya tranzit mümkündür. Bu ölkələr isə o qədər kasıb və balacadır ki, ildə 63 milyard kubmetr qaz nəqli üçün çəkiləcək kəmərin son nöqtəsi ola bilməzlər.

Ona görə də sonrakı marşrutu planlaşdırmaq lazımdır: Makedoniya-Serbiya-Macarıstan-Avstriya, yaxud Albaniya-Çernoqoriya-Bosniya-Xorvatiya-Sloveniya-Avstriya.

Lakin heç bir variant iqtisadi baxımdan real deyil. Mərkəzi Avropaya qaz nəqli üçün hansısa sayda Cənubi Avropa ölkəsinə ildə yüz milyonlarla dollar tranzit haqqı ödəmək kimə lazımdır? Axı bu cənub ölkələrinin özlərinin qaza tələbatı çox cüzidir.

Deməli, “Türk axını” haqda deyilənlər böyük ölçüdə siyasidir. Rusiyanın iki variantı var: ya siyasi maraqlara üstünlük verib Balkan ölkələrinin bu layihədə iştirakını maliyyələşdirsin, ya da iqtisadi amillərə üstünlük verib Bolqarıstanla incikliyi bir kənara qoysun və bu ölkəni öz planlarına daxil etsin.

O biri yandan “Türk axını”nı Yunanıstandan keçirmək ideyası həm də ona görə şübhə doğurur ki, Azərbaycan qazını Avropaya nəql edəcək “Cənub qaz dəhlizi”nin bir hissəsi – TAP kəməri bu ölkədən keçəcək. Bu kəmərin tikintisi artıq başlayıb.

“Doğrudanmı Moskvada TAP-ı təkrarlamağı qərara alıblar? Yaxud onun Yunanıstanda reallaşmasını pozmaq və TAP-ı Putinlə Tsiprasın barəsində yaxşıca bəhs etdikləri kəmərlə əvəzləmək istəyirlər? Hər halda “Türk axını”nı Yunanıstan ərazisi boyu uzatmaq rus-yunan mifidir, hərçənd ki, çox effektlidir” – deyə “Alman dalğası” qeyd edir.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.