Şənbə, Noyabr 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanda bütün vürgi yükü kicik və orta sahibkarlığın üzərindədir

07/04/2015
7
BAXIŞ
Share on FacebookShare on Twitter

stat-vergi

İri vergi ödəyicilərinin Dövlətə borcu 2,2 mlrd manata çatıb

 

 

 “Bizim Yol” qəzetinin yazdığı xəbərə görə, bu borcların ildən-ilə azalması isə kağız üzərindədir.

Belə ki, 2009-cu ildə həmin müəssisələrin vergi borcları 7 milyard manatı haqlamışdı. Onların azalması heç də vergi yığımlarında nizam-intizamın yaradılması ilə deyil, dövlətin tədricən debütor borcları bağışlaması ilə əlaqədardır. Dövlət şirkətlərin vergi yığımlarında anarxiya isə hələ də davam etməkdədir.

Məsələn, “Fitch” Ratings hesabatında “Azərenerji”nin 2013-cü ildə dövlət büdcəsinə 700 milyon manat borcu olduğunu göstərmişdi. Bundan əlavə, “Azərenerji”nin Dövlət Neft Şirkətinə qaza görə borcu 1 oktyabr 2014-cü il tarixinə 385 milyon manata çatıb.

Eyni vəziyyət, vergi ödənişlərinə məsuliyyətsiz yanaşma digər iri vergi ödəyicilərində də mövcuddur. Dövlət Neft Şirkəti istisna olmaqla, demək olar ki, onların  hamısının-“Azərenerji” ASC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, “Azərsu” SC-nin, “Azərbaycan Hava Yolları”nın (AZAL), Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Metropoliteninin yalnız adları “iri vergi” ödəyicisi olaraq qalır. “Bakıelektrikşəbəkə”nin isə səlahiyyətləri yeni yaradılan “Azərişıq” AS-yə verildiyindən dövlətə borclular sırasında bu qurumun da adını çəkmək olar.

Bu strukturların hər biri büdcədən həm dotasiya, həm də investisiya xərcləri əldə etməklə, dövlət vəsaitlərinin səmərəsiz və qeyri-şəffaf istifadəsi ilə məşğuldurlar. Eyni zamanda xarici maliyyə qurumlarında dövlət zəmanəti əsasında böyük həcmdə kreditlər alırlar. Əlbəttə, onların geri qaytarılmasının böyük əksəriyyəti dövlət büdcəsinin boynundadır.

Hökumət borcların aşağı düşdüyünü göstərdiyi halda, adıçəkilən müəssisələrin büdcəyə ödəmələrində azalma müşahidə edilir. Məsələn, “Azərenerji” 2012-ci ildə 140,4 milyon manat vergi ödəyibsə, 2013-cü ildə bu göstərici 125,8 milyon manat olub.

taxRabitə və Yüksək Texnologiyalar Nazirliyi 2012-ci ildə 32,6 milyon manat, 2013-cü ildə isə 32,5 milyon manat vəsait ödəyib. “Azərbaycan Dəmir Yolları”nın büdcə ödənişi  2012-ci ildə 2 milyon manat, 2013-cü ildə 1,9 milyon manat olub. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2012-ci ildə 0,25 milyon manat, 2013-cü ildə isə 0,1 milyon manat vəsait ödəyib. “Azərsu” 2012-ci ildə 11 milyon manat, 2013-cü ildə 10,8 milyon manat ödəniş edib.

Ümumilikdə, adıçəkilən qurumları dövlət büdcəsinə 1.7 milyard manat vergi ödəyiblər. Onun elə 1,4 milyard manatı Dövlət Neft Şirkəti, 224 milyon manatı “Bakı Metropoliten” tərəfindən həyata keçirilib.

Həmin qurumlar vergi ödənişləri ilə yanaşı, büdcədən subsidiyalar da alırlar. Ödənişlər azaldıqca, büdcədən ayrılan subsidiyaların həcmində artım müşahidə edilir. 2015-ci illərin büdcə xərclərində adıçəkilən şirkətlərinə 100 milyon manatdan çox subsidiya ayrılması proqnozlaşdırılıb.

2014-2015-ci illər üzrə subsidiyaların bölgüsünə gəlincə, Bakı Metropoliteni 2014-cü ildə 35 mln. manat alıbsa, cari ildə bu rəqəmin 37.9 mln. manata yüksəlməsi gözlənilir. “AZAL” həm ötən il, həm də bu ilə 10 mln. manat yardım alacaq. “Azərsu”nun aldığı subsidiya 2014-cü ildə 9.8 mln. manat, 2015-ci ildə isə 10 mln. manat təşkil edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin isə ötən il 38.2 mln. manat, bu il isə 42.5 mln. manat büdcədən yardım alacağı gözlənilir.

Qeyd edək ki, bu iri vergi ödəyiciləri subsidiya almaqla yanaşı, büdcənin əsaslı xərclərində (investisiya xərclərindən) də böyük paya sahibdirlər. Ümumilikdə, 2015-ci ildə iri vergi ödəyicilərinə icmal büdcədən düşən payın 1,4 milyard manatdan çox olması gözlənilir. Həmin vəsaitin 93 milyon manatı subsidiyalar, 921 milyon manatı dövlət büdcəsinin investisiya xərcləri, 500 milyon manata yaxınını isə Dövlət Neft Fondunun vəsaitləri təşkil edir.

İqtisadçı-ekspert Qadir İbrahimli “Bizim Yol”a bildirdi ki, iri vergi ödəyicilərinə ayrılan subsidiyaların həcmində də artımın səbəbi həmin müəssisələrin gəlirlərinin azalmasıdır: “Bu məsələ uzun illərin yaranmış ciddi problemidir. İri dövlət vergi ödəyicilərinin əksəriyyətinin büdcəyə vergi borcları qalır. Bunun səbəbi dövlət müəssisələrində maliyyə intizamsızlığının yaranmasıdır. Əksər hallarda həmin borclar Nazirlər Kabinetinin qərarı ilə silinir. Bu yolla vergi borclarının həcmini azaldırlar. Hər dəfə borcların bağışlanılması göstərir ki, hökumət problemin həllində maraqlı deyil”.

Q.İbrahimli bildirdi ki, bu borclar korrupsiya əməliyyatlarından yaranıb: “Ola bilməz ki, nəhəng şirkətlər zərərlə işləsin, vergi öhdəliklərini doğrulda bilməsin. Sadəcə olaraq müəyyən korrupsiya mühiti var və bunun nəticəsində büdcəyə borclar yaranır, sonra da silinir”.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.