Şənbə, İyun 21, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Rəsmi Praqa Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır

04/03/2015
0
BAXIŞ
Share on FacebookShare on Twitter

socar-chexMartın 4-də SOCAR-ın Baş ofisində Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.

Caspian Barrel şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanın dünyada sənaye üsulu ilə ilk neft quyusunun ölkəmizdə qazıldığını, neftin tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinə, emal olunmasına, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanıldığını bildirmişdir.

O, son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında qonaqlara ətraflı məlumat vermiş, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən, xüsusilə Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından danışmışdır.

Qeyd olunmuşdur ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində həyata keçirilən layihələr üzrə qısa bir müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sistemi yaradılmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum əsas ixrac qaz boru kəmərləri hazırda region və Avropa Birliyi ölkələrinin etibarlı enerji təchizatında əhəmiyyətli faktora çevrilmişdir.

Ötən dövr ərzində neft-qaz sənayesi böyük inkişaf yolu keçmiş, bu sektorda tətbiq edilən yeni texnika və texnologiyalar karbohidrogen hasilatında artıma səbəb olmuşdur. Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən söz açılmış, qeyd olunmuşdur ki, “Şahdəniz” yatağının işlənilməsi ölkəmizin dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin etmişdir. Azərbaycan qazının Avropa ölkələrinə nəqli məqsədi daşıyan TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığı vurğulanmışdır. mazdsc_2710

Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladek rəsmi Praqanın Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirmiş, hazırda ölkəsinin Azərbaycandan neft idxal etdiyini diqqətə çatdırmışdır. Nazir Trans-Anadolu qaz kəməri layihəsinin inşa olunmağa başlanmasını və Azərbaycan qazının bu marşrutla ixrac ediləcəyini yüksək qiymətləndirmişdir. Görüşdə Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunun iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına xidmət etdiyi vurğulanmış, iqtisadi sahədə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Daha sonra Çexiya nümayəndə heyətinin üzvləri Azərbaycan, onun tarixi, iqtisadiyyatı, SOCAR, şirkətin fəaliyyət istiqamətləri və strateji hədəfləri haqqında onları maraqlandıran suallarla müraciət etmişlər. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və emal üzrə vitse-prezidenti David Məmmədov onların suallarını ətraflı cavablandırmışlar.

Eyni kateqoriyadan Digər materiallar

Мощности ядерной генерации в мире растут
Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Azərbaycan

Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

18/06/2025
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
RSE presented its autonomous modular energy systems for the first time in Baku
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Azərbaycan

Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

18/06/2025
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Azərbaycan

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib

04/06/2025
Azərbaycan

“TotalEnergies”: Azərbaycanda dünyada ilk dəfə…

04/06/2025
Azərbaycan

Laçında “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyaları istismara verilib

27/05/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.