Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, Türkiyənin energetika nazirliyi “Qazprom” şirkəti ilə ölkəsinə 10.25% güzəşt edilməsi barədə razılığa gəliblər.
“Biz Rusiya qazına 10.25% həcmində endirim əldə etmişik” – deyə T.Yıldız Ankaradakı mətbuat konfransında bildirib.
2014-cü ildə “Qazprom” Türkiyəyə 27.4 milyard kub metr qaz ixrac edib. Qaz qara dənizin dibi ilə inşa edilmiş “Mavi Axın” və Ukraynadan çəkilmiş Trans-Balkan boru kəmərləri ilə nəql edilir.