2006-cı ilin noyabrından “Şahdəniz” yatağında “Məhələ-1” çərçivəsində 60 milyard kub metr qaz və 15 milyon ton kondensat hasil edilib. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çərşənbə günü Bakıda keçirilən III Beynəlxalq “Caspian Energy Forum – 2015”də çıxışı zamanı bildirib.
Onun sözlərinə görə,”Şahdəniz” yatağının işlənməsinə başlanıldığı dövrdən Gürcüstana 4,5 mlrd. kubmetr, Türkiyəyə 32 mlrd. kubmetr qaz ixrac olunub.
Əlavə 23.5 milyard kub metr qaz isə Azərbaycanın daxili ehtiyaclarına yönəldilib.
O,əlavə edib ki,Azərbaycanın umumi təsdiqlənmiş qaz ehtiyatı 2.55 trilyon kub metr,təxmin edilən ehtiyatı isə 6 trilyon kub metrdir.
Şahdəniz yatağının ehtiyatları SOCAR-ın geoloqları tərəfindən hazırda 1.2 trilyon kub metr qaz və 240 milyon ton kondensat həcmində qiymətləndirlir. BP-nin hesablamalarına görə,”Mərhələ-1”çərçivəsində hasil edilmiş ehtiyatlar 178 milyard kub metr təşkil edib.
“Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Norveçin “Statoil” şirkəti özünün 15.5% iştirak payını malaziyanın “Petronas” şirkətinə satıb. Alqı-satqı üzrə əməliyyat hələ başa çatmayıb.