Çərşənbə axşamı, Dekabr 9, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Yunanların TAP-da yaratdıqları TIXAC – ekspert şərhi

12/02/2015
1
BAXIŞ
Share on FacebookShare on Twitter

main-pipeline

Xəbər verildiyi kimi, bu gün Bakıda  Azərbaycan tərəfinin təşəbbüsü ilə “Cənub qaz dəhlizi” Məşvərət Şurasının ilk iclası keçirilir.

            Avropa Komissiyası enerji İttifaqı üzrə vitse-prezidenti və “Cənub qaz dəhlizi” boyunca yerləşən ölkələrin energetika nazirləri layihənin reallaşması üçün operativ tədbirlər planlanlarını müzakirə edirlər.

            Ancaq iclas öncəsi Qərb mətbuatında yayılan məlumatlardan məlum olmuşdur ki, “Cənub qaz dəhlizi”nin hazırda ən böyük problemi Yunanıstanda yaşanır. Belə ki, yanvarda burada qurulan yeni hökumət “Cənub qaz dəhlizi”nin sonuncu hissəsi – Trans Adriatik boru kəməri (TAP) ilə daşınacaq Azərbaycan qazından bu ölkəyə çatacaq transit haqlarına və bu boru xətti ilə 2020-ci ildən Yunanıstana nəql olunmalı Azərbaycan qazının alqı-satqı müqaviləsindəki qiymətlərinə öz mənfi münasibətini “TAP AG” konsorsiumuna bəyan edib.

            Belə görünür ki, bu məsələlər Yunanıstanda əvvəlki hökumət öz nüfuzunu itirməyə başlayandan gündəmə gəlməyə başlayıb, məhz buna görə də bu ölkədə TAP-la bağlı ötən bir il ərzində elə bir ciddi irəliləyiş əldə etmək mümkün olmayıb. Məhz ultrasolçuların hakimiyyətə yiyələnməsi ilə problem daha qabarıq formada ortaya qoyulub və Bakı görüşündən bir gün öncə isə Moskvaya səfər edən Yunanıstan xarici işlər naziri Rusiyalı həmkarı Sergey Lavrovla qaz ixrac marşrutlarını da müzakirə ediblər və “Yunanıstan Türk axınına maraq göstərir” kimi ifadə  də bu görüşün kuliminasiya nöqtəsi olub.

Demək, bir şey aydındır ki, Yunanıstan artıq bu gün “Cənub qaz dəhlizi”nin reallaşmasında bir TİXACa çevrilir. Və tezliklə bu problem həllini tapmalıdır.

            Bəs Azəbaycanın Yunanıstana hər hansı güzəşt getmək imkanı varmı? Yada salmaq gərəkdir ki, “Şahdəniz” konsorsiumu və SOCAR 2011-ci ildən başlayaraq Azərbaycan qazının Avropaya ixrac marşrutu uzərində ciddi işlərə başladılar. O zaman 4 əsas marşrut üzərində təhlillər aparılırdı. Sonra ciddi mübarizə nəticəsində seçimdə 2 marşrut qaldı: Nabucco-West və TAP. Sonuncu ona görə seçildi ki, ən minimal tarifləri və bu boru kəmər boyunca yerləşən ölkələr ən optimal alqı-satqı variantlarını təklif etmişdilər.

İndi təsəvvür edin, Yunanıstanın yeni hakimiyyətinin təkidi ilə bu tariflər qaldırılsa və satış qazının qiyməti endirilsə, demək, onda həm ixrac boru layihəsinin kommersiya rentabelliyi təhluke altina duşmüş olur, həm də “Şahdəniz-2” layihəsinə investisiya etməyə hazırlaşan şirkətlərin vəsaitlərinin geri qayıtma dövrü uzanməş olur. Nəzərə alsaq ki, bu layihədə iştirak edən şirkətlərin bəziləri ictimai-səhmdar şirkətlərdir (məsələn, BP və LUKoil-u layihədə ümumilikdə payı 38% təşkil edir – Caspian Barrel), yəni yatırımlarla qərarı onların rəhbərləri deyil, səhmdarlar verir (onlar isə daha çox mənfəətli layihələrə yatırımlarda maraqlıdırlar ), onda  Xəzərin ən böyük qaz yatağının işlənməsi belə təhlükə altına alına bilər.

Nəticədə, Avropa çoxdan bəri arzuladığı alternativ mənbədən qaz almaq imkanından sadəcə məhrum olmaq kimi təhlukə ilə üzləşə bilər.

Bu isə nəyin nəticəsidir – bu günə 320 mlrd avro dövlət borcu yaranmış bir ölkənin hələ də öz gələcəyinin dumanlı təsəvvürləri ilə bağlı olması. Bu gün Afina Brüssel və Moskva arasında vurnuxur. Onun 10 milyonu ötmüş əhalisi 2008-ci l iqtisadi böhranından sonra hələ də başa düşə bilmir ki, “işləmədən” böyük pullar qazanıb necə gəldi xərcləyərək yaşamaq artıq mümkün deyil. 7 il keçib, hələ də insanlar arzularla, daha çoxları isə miflərlə yaşamağa üstünlük verirlər…nəticə isə göz qabağındadır, heç kəsin gözləmədiyi halda ultra solçular Afinada və Qərbin Rusiyaya sanksiyalar tətbiq tdiyi zaman yeni formalaşan Yunanıstan hökuməti artıq “Türk axını” ilə Rusiyadan qaz alıb qazan doldurmaq planları haqda düşünür… Brüssel isə Afinaya yenə də bir neçə milyard avro yardım etməyə hazırlaşır ki, avrozonanı tərk etməsin, avro birdəfəlik süquta uğramasın və sair…

 

İlham Şaban

Eyni kateqoriyadan Digər materiallar

США призвал Туркмению  выходить на газовый рынок ЕС
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
На месторождении “Карабах” будет пробурена оценочная скважина
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.