SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru” yatağında iki yeni quyuda qazma işlərinə başlayıb. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
1180 nömrəli quyunun dərinliyi 700 metr, 1142 nömrəli quyunun dərinliyi 850 metrdir.
Hər iki quyu Qirməki Altı Lay Dəstəsinə qazılacaq.
Geoloqların proqnozlarına görə, hər quyudan sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulub.
“Pirallahı” yatağı 1902-ci ildən işlənilir. Yataq 2 mln. tona yaxın qalıq neft ehtiyatına malikdir.