2014-cü ilin nəticələrinə görə, BP-Azərbaycan şirkəti “Şah-dəniz” yatağında “Mərhələ-1” layihəsi çərçivəsində 2.3 milyon ton kondensaat hasil edilib. Bu barədə Turana “BP-Azərbaycan” şirkətindən məlumat veriblər.
Qeyd edək ki, 2013-cü ildə, BP-Azərbaycan şirkəti “Şahdəniz” yatağında 2.48 milyon ton kondensat hasil etmişdi.
Keçən il kondensat hasilatının azalmasına səbəb birləşmələrdə kondensatın azalması yox,hasilatın geoloji şəraiti ilə bağlıdır.
Qeyd edək ki,”Şahdəniz” yatağında kondensat hasilatı keçən il Azərbaycanda ümumi maye karbohidrogen hasilatının 5.5% təşkil edib.
“Şahdəniz” layihəsi iştirakçıları bunlardır : BP (operator – 28,8%), TPAO (19%), Petronas (15,5%), SOCAR (16,7%), LUKoil (10%) və NICO ( 10%).