Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina hesab edir ki, neft qiymətlərinin 45 dollara düşməsi ölkə iqtisadiyyatına $160 milyard zərər gətirə bilər.
Onun sözlərinə görə, Mərkəzi Bank üç vəzifəni həyata keçirib: inflyasiyanı nəzarət altında saxlamaq,valyuta bazarının sabitləşməsi və iqtisadiyyatın kreditləşməsinin dayanmasına imkan verməmək.
Nabiullinaya görə, valyuta bazarına neftin ucuzlaşması çox güclü faktorla təsir göstərir, o cümlədən son 40 ildə neft qiymətlərinin 3-cü dəfə aşağı düşməsi.
Rusiyanın ümumilikdə ixracdan əldə etdiyi gəlirlər $500 milyard təşkil edir.