Çərşənbə, Oktyabr 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İran türkmən qazının tranziti məsələsində səmimidirmi – araşdırma

02/02/2015
5
BAXIŞ
Share on FacebookShare on Twitter

gaz-gedir

İran Milli Qaz Şirkətinin (NIGC) beynəlxalq əlaqələr üzrə direktoru Əzizullah Ramazani gözlənilmədən bəyan edib ki, İran öz ərazisindən Azərbaycan və Türkmənistan qazını Avropaya nəql edə bilər.

İRNA agentliyinin yaydığı məlumatda qeyd olunur ki, Ramazani belə bir ideyanın gerçəkləşməsi üçün rəsmi Tehranın müvafiq infrastruktur yaratmağa başlamasını yalnız siyasi maneələrin aradan qaldırılmasından sonra mümkünlüyünü vurğulayıb. O, həmçinin qeyd edib ki, Türkmənistan qazının Xəzər dənizinin dibi ilə sualtı boru kəmərləri ilə Avropaya ixrac planı çox bahalı və sərfəsiz olardı.

“Bizim təklifimiz – Azərbaycan və Türkmənistan qazının İranda qəbulu, daha sonra Türkiyə vasitəsilə Avropaya tranzitidir, çünki bu marşrut qazın Avropaya ixracı üçün ən sərfəli yoldur”, – Ramazani bildirib.

            Elə isə baxaq görək bu məsələ texniki və kommersiya baxımından nə dərcədə tərəflər üçün cəlbedicidir və həqiqətənmi sərfəlidir.

Əgər sərfəli deyilsə, onda Tehranı təmsil edən şəsx nədən bunu bəyan edərək gündənmə gətirib?

            Əvvəla ondan başlayaq ki, İranın Türkmənistana və ya Azərbaycana belə bir çağırışlarla müraciət etməsi yenilik deyil.

İlk dəfə belə hal Türkmənistan ötən əsrin 90-cı illərinin ortasında Transxəzər qaz kəməri ilə bağlı ideya gündəmə gələndə baş vermişdi. Onda da rəsmi Tehran Aşqabadı fikrindən döndərmək üçün öz ərazisindən tranzit ölkə kimi istifadə etmək təklifləri etmişdi. O zaman bu məsələlər onunla yekunlaşdı ki, Transxəzər kəməri çəkilmədi, türkmən qazı Sovet vaxtı olduğu kimi Rusiyaya axmaqda davam etdi. Ancaq İranın maliyyə dəstəyi ilə 1997-ci ilin sonlarında buraxıcılıq gücü 8 mlrd kub metr, uzunluğu 200 km olan Körpəcə (Türkmənistan) – Qurtquyu (İran) qaz kəməri istismara verildi. Bununla İran özünün şimal bölgələrindəki yaşayış məntəqələrinin təbii qaza olan ehtiyacını ödəməyə başladı və Türkmənistanla ilk qaz əməkdaşlığına başlayaraq sanki öz rəqibini mümkün Avropa bazarından uzaqlaşdıra bildi.

2010-cu ildə yenə də İranın dəstəyi ilə Türkmənistan üzərindən daha masştablı bir magistral qaz kəməri istismara verilir. Uzunluğu 30,5 km, buraxıcılıq gücü 12 mlrd olan Dövlətəbad – Seraxs (Türkmənistan) – Xangeran (İran) kəməri çəkilir. Və bu maştabda boru kəmərini İran o zaman çəkib istifadəyə verirdi ki, heç birinci kəmərin gücündən tam istifadə etmirdi.

Bəs hansı zərrətdən Tehran kommersiya əhəmiyyəti olmayan layihələrə yatırımlar edirdi? Xatırladaq ki, butun bunlar o zaman idi ki, “Nabucco” qaz kəməri layihəsi ilə Azərbaycan və daha sonra türkmən qazının ixracı məsələsi Avropada qızğın müzakirə olunurdu. Beləcə, İran yenidən 20 mlrd kub metr türkmən qazının öz ərazisindən ixrac etmək kimi məsələləri o zaman “Caspian Oil & Gas” beynəlxalq konfranslarında müzakirə obyektinə çevirirdir.

Qayıdaq hazırkı vəziyyətə… c-b Ramazaninin Azərbaycana və Türkmənistana etdiyi bu müraciət aydındır ki, rəsmi Bakıya ünvanlanmayıb: sözgəlişi xatırınə deyilib. Çünki Azərbaycan 2 ildir ki, seçimini edib və 2013-cü ildən “Cənub qaz dəhlizi” üzrə işlərə start verib. Necə deyərlər, Azərbaycanın yolu və niyyəti bəllidir.

Demək, İran Milli Qaz Şirkəti rəsmisinin hədəfi yenə Türkmənistandır. Tehran son 20 ildə əzəli qaz rəqibi – dünyanın 4-cü mavi yanacaq ehtiyatına malik bir ölkənin istənilən yollarla ən böyük bazar sayılan Avropaya çıxmasının qarşını əngəlləmək istəyir.

Niyə əngəlləmək deyirəm, axı soruşa bilərsiniz ki, İran tranzit təklif edir türkmən qazı üçün? Əslində bu vaxt uzatmaqdan başqa bir şey deyil. Gəlin detallarla tanış olaq.

İran Türkmənistana öz ərazisini tranzit ölkə kimi təklif edir. Ancaq öz ərazisində bunun üçün müvafiq infrastruktur yoxdur. Bunu c-b Ramazani özü də tədiq edir. O bildirir ki, müvafiq infrastruktur yaratmağa başlamasını yalnız siyasi maneələrin aradan qaldırılmasından sonra mümkün ola bilər. Bəs siyasi maneələr nədir? Təbii ki, hazırda İrana qarşı olan sanksiyalardan söhbət gedir. Bu isə danışıqlardan və uzun-uzadı prosedurlardan asılıdır.

Hesab edək ki, bu məsələlər həllini tapdı. Onda rəsmi Tehran gündəmə öz qazının ixrac məsələsini qoyacaq. Tutaq ki, Qərbin rəqabət məsələlərini nəzərə alaraq tranziti həll etdi. Ancaq onda türkmən qazı gəlib Ərzurumda (İran üzərindən gələn magistral kəmər burada paylayıcı şəbəkə ilə birləşir) yenidən TANAP-a birləşməyəcəkmi? Çünki Türkiyə üzərindən Avropaya başqa bir ixrac kəməri yoxdur axı (bəlkə İran özü çəkmək istəyəcək o zaman bu başqa məsələnin araşdırmasıdır)? Elə isə türkmən qazını alacaq şirkətlər nədən 300 km-lik bir sualtı boru kəməri ilə onu Azərbaycan sərhədinə gətirib burada “Cənub qaz dəhlizi”nə vurmasınlar? Və heç bir problemsiz onu Avropaya daşımasınlar! Axı, bu həqiqətən də sərfəli bir nəqliyyat vasitəsinə çevrilə bilmək imkanı əldə edir ki, artıq digər seqmentləri də fəaliyyət göstərmiş olsun.

Resmi Tehranın NIGC nümayəndəsi vasitəsilə məsələyə müdaxilə etməsinin ciddi bir səbəbi də odur ki, ötən həftə, daha doğrusu  yanvarin 29-da Aşqabadda Türkiyə, Azərbaycan və Türkmənistan Xarici işlər nazirlərinin İİ birgə görüşü  keçirildi. Bu görüşün yekunu olaraq imzalanan bəyannamədə ilk dəfə olaraq tərəflər enerji məsələlərində ortaq maraqlar haqda razılığa gəliblər. Bundan əlavə Türkiyə XİN-i Ankarada verdiyi açıqlamasında bildirib ki, Türkiyə və Azərbaycan Türkmənistanı TANAP-a qoşulmağa dəvət ediblər. Təbii ki, TANAP-a yol Transxəzər üzərindən keçməlidir.

İranı narahat edən məsələ də budur – əzəli rəqib onu qabaqlaya bilər…

İlham Şaban

Neft Araşdırmaları Mərkəzi

Caspian Barrel-in rəhbəri

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.