Cümə axşamı, Mart 5, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlham Şaban: “Cənub Qaz Dəhlizi layihəsinin bir daha dəstəklənməsi ona olan inamın artırılması deməkdir”

13/02/2015
1
BAXIŞ
Share on FacebookShare on Twitter

Shabanov_IlBakıda belə bir toplantının keçirilməsi və Cənub Qaz Dəhlizi keçən ölkələrin enerji nazirlərinin bu layihəni bir daha dəstəkləməsi tikinti fazasına qədəm qoyduğu dövrdə layihəyə olan inamın artırılması deməkdir.

Bu barədə Gün.Az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban dünən Bakıda  keçirilən Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasını şərh edərkən bildirib:

“Dünənki iclas 6 saat davam edən hərtərəfli müzakirələrdən sonra birgə bəyannamə imzalanması ilə  başa çatdı. Tərəflər qeyd etdilər ki, öz öhdəliklərinə düşən vəzifələri yerinə yetirməyə söz verirlər və layihənin icrasında qərarlıdırlar. Bunu ən böyük nailiyyətlərdən hesab etmək olar”.

Ekspert həmçinin qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə çağırılan bu toplantı ötən ilin sonlarından regionda yaranmış iqtisadi-siyasi gərgin vəziyyətin və onun Cənub Qaz Dəhlizinə  təsirlərinin yumşaldılması yönündə atılan ən böyük addım idi.

“Əsasən ötən ilin sonunda qərblə Rusiya arasında Ukrayna probleminin gərginləşməsi və bu baxımdan enerji probleminin qabardılması və nəticə olaraq “Cənub axını” layihəsindən Rusiyanın imtina etməsindən sonra qəflətən “Türk  axını” layihəsinin gündəmə gəlməsi ilə əlaqədar qaz marşrutları ilə bağlı dumanlı fikirlər səslənirdi.

Belə fikirlər hökumətlərə, şirkətlərə müəyyən təsirlər edirdi. Amma Bakıda belə bir toplantının keçirilməsi və Cənub Qaz Dəhlizi keçən ölkələrin enerji nazirlərinin bu layihəyə bir daha öz dəstəklərini verməsi  artıq tikinti fazasına qədəm qoyduğu dövrdə layihəyə olan inamın artırılması deməkdir. Bu, iclasın  ən böyük uğurudur”-deyə, İ.Şaban əlavə edib.

Ekspert layihənin əhəmiyyətini bir daha vurğulayaraq qeyd edib ki, ona uzunmüddətli investisiya proqramı kimi baxmaq lazımdır:

“Düzdür, hazırda enerji bazarında qiymətlər aşağıdır, amma pessimistliyə qapılmaq olmaz. Çünki Cənub Qaz Dəhlizi  layihəsi bir illik, beş illik layihə deyil. Dünya bazarında enerjinin qiyməti bir neçə il aşağı olsa belə nəzərə almalıyıq ki, Azərbaycanın  qaz ixrac potensialı və Cənub Qaz Dəhlizi layihəsi 40 il və ondan  daha çox  müddətə hesablanmış layihədir”.

 

Günel Abbasova

Gün.Az

 

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.