Azərbaycan prezidenti İlham Əliyevlə Bolqarıstanın baş naziri Boyko Borisov arasında telefon danışığı olub.
Virtualaz.org saytı xəbər verir ki, Bolqarıstan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı zamanı tərəflər energetika sahəsindəki tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycan prezidenti baş nazirin Bolqarıstana səfər etmək dəvətini qəbil edib və bu il martın əvvəllərində bu ölkəyə rəsmi səfərə gedəcəyini bildirib.