BP-Azərbaycan şirkətinin 2014-cü ildə Azərbaycandakı fəaliyyəti haqqındakı hesabatında bildirilir ki,hesabat dövründə Səngəçal terminalından boru kəməri və dəmir yolları vasitəsilə 2013-cü ilin 286.2 milyon barelinə qarşı 298.5 milyon barel neft ixrac edilib.
Terminaldan ixrac edilmiş ümumi neftin 260 milyon bareli Bakı-Tbilisi-Ceyhan kəməri ilə, 31.4 milyon bareli Bakı-Supsa kəməri ilə,5.3 milyon bareli dəmir yolları ilə ixrac edilir. Bundan əlavə BTC kəməri ilə 1.84 milyon barel neft kondensatı ixrac edilib.
2013-cü ildə Səngəçal terminalından boru kəməri və dəmir yolu vasitəsi ilə 2012-ci ilin 282.9 milyon barelinə qarşı 286.3 milyon barel neft ixrac edilib.
Hazırda terminalın texniki emal sistemlərinin gücü gündə 1.2 milyon barel neft və 29.5 milyon kub metr qaz təşkil edir.