Çərşənbə axşamı, Noyabr 11, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bərkiyən dollar,  34% ucuzlaşan manat və çaş-baş qalan əhali

21/02/2015
1
BAXIŞ
Share on FacebookShare on Twitter

azAzərbaycanda maraqlı bir tendensiya yaranıb: elə ki, rəsmilər deyir ki, hər şey yaxşıdır, demək, qarşıdan nəsə təlatümə bənzər bir şey gözləmək olar. Elə də oldu.

Azərbaycan Mərkəzi Bankı fevralın 21-dən 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,05 manat səviyyəsində müəyyən edib. Fevralın 16-dan manatın rəsmi kursu 33,8% ucuzlaşıb.

“Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib. Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək”, – deyə Milli Bankın açıqlamasında bildirilir.

Hökumət niyə bu yolu seçdi? Əslində Hökumətin atacağı addımlar içərisində elə bir seşim yox idi. Niyə?

Azərbaycan hökuməti uzun illərdir ki, qeyd edir ki, qeyri-neft sektoru durmada inkişaf edir və onun xüsusi çəkisi ÜDM-də artıq 3 ildir ki, neft sektorunun üstələməyə başlayıb. Statistikada bu həqiqətən belədir. Ancaq ÜDM başqa şeydir, büdcə tam başqa. ÜDM-lə necə istəsən davrana bilərsən, onu hansı səpkidən istəsən təqdim edə bilərsən, büdcə isə “yaşayıb yaratmaq üçün” yeganə real göstəricidir. Yəni əsas məsələ kimin büdcəyə nə qədər vəsait ödəməsədir!

İndi nəzər salaq 2014-cü ilin yekunlarına. Neft Fondu büdcəyə 9,3 mlrd manat vəsait verib, sonrakı yerdə SOCAR gəlir – 1,855 mlrd manat, Dövlət gömrük Komitəsi – 1,51 mlrd manat və xarici neft şirkətləri – 1 mlrd  manata yaxın. Bundan sonra büdcəyə ödəniş edəniş edən qurum yenə dövlət şirkətidir – “Azərenerji”, ancaq təqribən 10 dəfə az həcmdə. Digər qurumları – özəl və ya başqalarını Azərbaycanın müvafiq orqanları açıqlamırlar (səbəbi bilinmir). Yəni fakt budur ki, Azərbaycanda 2010-cu ildən başlayaraq “zirvə dövrünü” keçməsinə baxmayaraq neft sektoru büdcənin 65%-ni gəlirlərlə tam təmin edir. Elə neft sektoru hər il ölkəyə milyard dollarddan artıq acadanlıq və mexanizm idxal edir və buna görə nə qədər Gömrük Komitəsi yararlanır (yalnız PSA müqavilələri gömrük rüsumundan azaddır).

Yəni bütün bunları oxucuların diqqətinə çatdırmaqda məqsədim budur ki, əslində Azərbaycan büdcəsi birbaşa və dolayısı ilə neftdən qidalanmaqda davam etməkdədir. Və Hökumətin neft vəsaitlərinin qeyri-neft sektoruna yatırımları ilə bağlı hesabatları bir dəfə də ona tuşlanmalıydı ki, bunların büdcədə əks olunan və olunacaq NƏTİCƏLƏRİ barədə kimsə məsuliyyət daşıyırmı? Yoxsa milyardlar axıdılır və büdcə faydalanmır, ancaq o sektorun tikint-quruculuq işləri ÜDM-də böyük sçrayış yaradır…

İkincisi, Hökumət xırda və orta biznesə yardımlar etsə də, əslində bu sektordan  faydalanmağı özünün qarşısında PRİORİTET vəzifə kimi görmür, yəni az bir qisim RESURS ölkəsində buna rast gəlmək olar. Hökumət iri neft və qaz gəlirlərnə arxayın olanda onun fokusuna kiçik və orta sahibkarlıq düşmür.

Məsələ heç də Azərbaycanda kiçik və orta sahibkarlığa dövlət qayğısından getmir və bu sahəyə aşağı faizlərlə kreditlər ayrılması kimi məsələlərin də Hökumtin diqqətindən kənarda olması faktoruna tuşlanmayıb. Bunlar neçə illərdir ki, tətbiq olunur. Məsələnin mahiyyəti başqadır – orta və kiçik biznesin büdcədəki payı nə qədərdir? Bu sektor vergil yığımında ildən ilə öz xüsusi çəkisini nə qədər artırır və əhalinin aktivliyi hansı səviyədədir bu sektora.

Axı bu bir reallıqdır ki, Azərbaycanda məktəblilər və tələbələr arasında son illər  araparılan sosioloji sorğular bir qayda göstərir ki, əksəriyyət özünün  gələcəyini dövlət sektorunda çalışmaqda görür. Yəni kiçik və orta biznesin Azərbaycan cəmiyyətində real nüfuzu yoxdur və belə proqnoz etmək olar ki, yalnız neft qiymətlərinin düşməsi və iri neft gəlirlərinn başa çatmasının hökümət tərəfindən dərk edilməsindən sonra bu sahənin inkişafı yönümündə hansısa ciddi addımlar atılaca bilər.

Bu baxımdan real hazırkı şəraitdə devalvasiya yolu seçildi.Ancaq birdən birə manatın 33% ucuzlaşdırılmasına ehtiyac vardımı?  Bunun iqtisadiyata hansı təsirləri olacaq. Təbii ki, ilk olaraq makroiqtisadi taraqzlıq yaradılması üçün hökumətə kifayət qədər imnanlar yaradacaq. Bəs praktik həyatda? Təsəvvür edin ki, 1000 manatınız vardı. Əvvəl buna $1274 dəyişə bilirdinizsə, indi $952 ala biləcəksiniz. Yəni xarici səfərlərə gedənlər üçün bu kifayət qədər təsir edən bir amildir. Başqa bir misal, ötən ilin yarısından banklar istehlak kreditlərini əhaliyə dollarla verməyə başlamışdılar. Bu artıq insanlara əlavə ödənişlər ddeməkdir. Ümüncsü, Azərbaycan ildə 8 mlrd dollarlıq mal idxal edən bir ölkədir. Bunun böyuk bir qismi istehlak mallarıdır. Yəni geyim-keçimdən tutmuş, mebel, aksessuar, kibrit, və içməli suya kimi… Nə olsun ki, Hökumət deyir “Ərzaq təhlükəsizliyimizi təmin etmişik”, ancaq “BAZARSTORE” daxil olan insanlar “Azərsun”un mallarınamı görə ora belə üz tuturlar? Təbii ki, yox. Əksəriyyəti ora gedir ki, xarici mal alsin, cünki keyfiyyət məsələsi var. Deməli, idxal mallarında artıq daha çox ödəməli olacağıq.

Hökumət, bir tərəfdən bununla mesaj verir ki, pulu olan xarici mal alsın, olmayan yerli istehsaldan yararlansın (bu da bir növ onların stimullaşdırıcı formasıdır – necə özünü doğruldar  zaman göstərər). Xaricə, əvvəlki turist axını artıq olmayacaq, yerli bazara meyl güclənəcək.

 

İlham Şaban

Caspian Barrel-in direktoru

Eyni kateqoriyadan Digər materiallar

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
“SOCAR Cape” “BP-Azerbaijan” ilə müqavilənin müddətini uzadıb
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.