Çərşənbə axşamı, Sentyabr 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azərneftyağ”ın BNEZ-an birləşdirilməsinə start verildi – nələr dəyişəcək?

04/02/2015
8
BAXIŞ
Share on FacebookShare on Twitter

bnez2SOCAR “Azərneftyağ” neft emalı zavodunun Heydər Əliyev adına Baki Neft Emali Zavoduna (BNEZ) birləşdirilməsinə start verdi. Bu məqsədlə fevralın 3-də H.Əliyev adına BNEZ-da “Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə 01.01.2015-ci il tarixindən xitam verilməsi və Heydər Əliyev adına BNEZ-na birləşdirilməsi nəticəsində aparılacaq struktur dəyişiklikləri ilə əlaqədar zavod kollektivi ilə görüş keçirilib.

Caspian Barrel-in SOCAR-a istinadən verdiyi məlumata görə, BNEZ-nun yeni ştatlarının əmək funksiyalarının icrası üçün tələb olunan daha yüksək peşəkarlıq səviyyəsinə malik işçilərlə komplektləşdirilməsi məqsədi ilə hər iki zavodun işçiləri işlədikləri vəzifə və peşələr üzrə İnsan Resursları Departamentində keçiriləcək test imtahanlarında iştirak edəcəklər. İmtahanlarda başqalarına nisbətən yüksək bal toplamış işçilər yeni strukturda yerləşdiriləcəklər.

Vurğulanmışdır ki, mövcud qanunvericiliyə əsasən əmək müqaviləsinə xitam verilməsi qadağan olunan işçilər test imtahanında iştirak etmədən qanunvericiliyin tələbləri gözlənilməklə yeni strukturda birbaşa yerləşdiriləcəklər.

SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin peşəkarlıq səviyyəsi yoxlanılacaq işçilərlə görüşündə Heydər Əliyev adına BNEZ-nun, Həmkarlar İttifaqının, habelə “Neftçilərin hüquqlarını müdafiə təşkilatı” İctimai Birliyinin rəhbərləri və mətbuat nümayəndələri iştirak etmişlər.

İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli çıxış edərək struktur dəyişiklikləri zamanı əmək münasibətlərinin tənzimlənməsi prinsipləri, peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə test imtahanlarının keçirilmə qaydaları, imtahan suallarının mövzu tərkibi və onların yerləşdiriləcəyi portal, imtahandan sonrakı yerləşdirilmə qaydaları, Əmək qanunvericiliyinə əsasən imtahanda iştirak etmədən birbaşa yeni strukturda yerləşdiriləcək işçi kateqoriyaları haqqında ətraflı məlumat vermiş, vurğulamışdır ki, imtahanlar tam şəffaf, obyektiv və ədalətli şəraitdə keçiriləcəkdir.

Qeyd edilmişdir ki, peşəkarlıq səviyyəsinin yoxlanılması imtahanlarında nisbətən az bal toplayaraq sərbəstləşəcək işçilərə SOCAR-ın 17.01.2014-cü il tarixli əmri ilə təsdiq edilmiş “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulmaq üçün imkan yaradılacaqdır. Bir illik proqram çərçivəsində onların əmək haqlarının 50%-i və tibbi sığorta güzəştləri, eyni zamanda şirkətin digər strukturlarında ixtisas və iş təcrübələrinə uyğun vakansiya yaranarsa, işlə təmin olunmaq hüquqları saxlanılacaqdır.

Bildirilmişdir ki, Proqrama qoşulan işçilərin işlə təmin edilməsi şirkət üçün məcburi öhdəlik yaratmasa da, bu məsələ vakansiyaların idarə edilməsi zamanı İnsan Resursları Departamenti üçün prioritet olaraq qalır.

Heydər Əliyev adına Bakı neft emalı zavodunun direktoru Elman İsmayılov çıxış edərək, struktur dəyişiklikləri zamanı peşəkarlıq səviyyəsinin yoxlanılması prosesinin tələb olunan şəkildə təşkili üçün hər cür zəruri şəraitin yaradıldığını, zavodda işçiləri maraqlandıran sualları operativ cavablandırmaq üçün daimi komissiyanın fəaliyyət göstərdiyini bildirmişdir. Daha sonra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

            Qeyd edək ki, “Azərneftyağ” neft emalı zavodunda 2038 nəfər çalışır.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.