Rus milyarder Roman Abramoviç ABŞ-da şist hasilatına sərmayə yatırır. Abramoviçin son benefisiarı olduğu Kiprin Ervington İnvestments şirkəti Texasın Propell Technologies şirkətinin səhmlərini $5 milyona alıb.
Belə məlumatlar Propell Texnologies şirkətinin mətbuat xidmətinin məlumatında əks olunur.
Propell şirkətinin törəmə müəssəsi olan Novas Energy USA neft və qaz şist yatağlarından hasilatı artırmaq üçün plazma-impulslu metodlardan istifadə edir.