Çərşənbə axşamı, Fevral 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlham Şaban: Azərbaycanın hazırda dünya bazarında rəqabətə davamlı yeganə məhsulu onun neftidir

07/01/2015
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Shabanov_IlNeftin dünya bazarlarında qiymətləri iyun ayının üçüncü ongünlüyündən enməkdədir. Artıq  Brent markalı neft London birjasında 50 dollardan bir qədər baha satılır. Bu, 6 il əvvəl neftin satış qiymətlərinə bərabər bir dəyərdir. Son 6 ayda neft 56% ucuzlaşıb.

Ancaq belə görünür ki, neft ucuzlaşmaqda hələ davam edə bilər və neft çəlləyinin “qaranlıq dibi” görünmür ki, görünmür.  Bəs neftin belə ucuzlaşması fonunda Azərbaycanda hasil edilən “qara qızılın” maya dəyəri onun rentabelli istehsalına imkan verirmi?

Neft Araşdırmaları Mərkəzin Caspian Barrel-in rrəhbəri İlham Şabanın sözlərinə görə, Azərbaycanda 2 böyük hasilatçı var: BP-Azərbaycan və SOCAR.

“Azərbaycanın ixracatının 86%-ni neft təşkil edir, ancaq onun təqribən 82%-i “BP-Azərbaycan” şirkətinin payına düşür, bu baxımdan da geniş auditoriyanı hədəf kimi “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neftin dünya bazarlarına çıxarılması maraqlandırır”, deyə İlham Şaban bildirir.

Onun sözlərinə görə, ACG-dən hasil edilən neftin Ceyhan limanına gətirilmə xərcləri ümumilikdə hər barel üçün 12-12,5 dollar təşkil edir. Əgər alıcıya çatdırılma müqavilələri üzrə yerinə yetirilirsə, onda xərclər 15 dollar və bir qədər artıq olur məsafədən asılı olaraq.

“Ona görə də bu baxımdan neftin qiymətinin hətta 20 dollara düşməsi belə Azərbaycanın  əsas neft ixracatçısının ziyanla işləməsinə gətirib çıxara bilməz, ancaq bir məsələ də var ki, bu zaman ortada mənfəət də olmur: qazanılan vəsait demək olar ki, xərclərin ödənilməsinə və bir sıra zəriru kapital qoyuluşlarına sərf edilir”, – deyə ekspert izah edir.

O ki, qaldı Azərbaycan Dövlət Neft Şirkətinin hasil etdiyi neftin maya dəyərinə, İlham Şaban bildiri ki, SOCAR-ın sonuncu hesabatında 1 ton neftin maya dəyərinin 98 manat olduğu göstərilib. 2013-cü ilin yekunlarına görə 1 ton neftin istehsal maya dәyәri 98,31 manat tәşkil etmiş vә 2012-ci

ilin müvafiq dövrü ilә müqayisәdә 10,84 manat vә ya 12,4% artmışdır. Faktiki olaraq son 3 ildə SOCAR-da neftin maya dəyəri hər il orta hesabla 11-12% ətrafında artıb.

SOCAR-ın neftinin maya dəyərinin armasının obyektiv səbəbləri var: əvvəla Şirkətin yataqlarının böyük əksəriyyəti “qoca” yataqlardır, onlardan hasil edilən neft ildən ilə daha çox vəsait tələb edir. İkincisi, son 2 ildə SOCAR hasilatın stabilləşdirilməsi yönümündə proqram tərtib etmiş və dənizdəki iri yataqlarında 200-dək quyunun qazılması yönümündə işlərə başlamışdır. Bu, artıq bəhrəsini ötən ilin göstəricilərində verdi: “Azneft” hasilatın yüksəlməsi yönümündə real nəticələrə nail oldu. Quyuların qazılması isə dəniz şəraitində əlavə xərcdirdir ki, neftin maya dəyərinə təsir edir. Baxmayaraq ki, şirkət 2 ildir ştat cədvəlində xeyli azalmaya nail olub.

“Bu hesabla 2014-cü ildə də həmin rəqəmi götürsək, onda 2015-ci ilin əvvəlinə Dövlət Neft Şirkətinin çıxardığı 1 ton neftin maya dəyəri 110,10 manat və ya 1 bareli üçün təqribən 19,5 dollardır”, – deyə İlham Şaban vurğulayıb.

Ancaq SOCAR öz neftini dünya bazarlarına Bakı-Novorossiysk kəməri ilə çıxarır. Bakıdan Novorossiyskə qədər tranzit xərci və tankerlərə doldurma əməliyyat xərclərini də nəzərə alsaq, və bir faktı da qeyd edək ki, SOCAR artıq uzun müddətdir ki, portlarda neft satmır, özü istifadəçilərə tankerlərlə xammalı çatdırır, onda təqribən bütün xərclər 1 barel üçün 25 dollara başa gəlir. “Burada bir faktı nəzərdən qaçırmaq lazım deyil ki, Novorossiyskdən satılan neft (Urals) adətən Brent markalı neftdən bəzən 1 dollardan da uçuz olur”, deyə İlham Şaban məsələnin incəliklərini açıqlayıb.

Azerbaijani export

Eyni kateqoriyadan Digər materiallar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.