Çərşənbə, May 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlham Şaban: 2 qəpik artımı hökumətin hansı dərdinə çarədir?

13/01/2015
4
BAXIŞ
Share on FacebookShare on Twitter

reyting

Bu gündən, yəni 13 yanvar 2015-ci ildən Azərbaycanda yanacaqdoldurma məntəqələrində avtomobillərinə benzin və dizel vurmaq istəyənlər artıq yeni qiymətlərlə üzləşdilər. Düzdür, qiymət artımında cəmi 2 qəpik fərq var, ancaq səhər-səhər onların üzlərindəki heyrətdəki fərq bəlkə də 2 manata bərabərdir (!).

Bəs nədən Azərbaycan hökuməti dünya bazarlarında neftin qiymətinin son 7 ayda təqribən 60% ucuzlaşdığı bir baxtda belə bir addıma əl atmaq qərarına gəldi? Axı istehlakçılar əksini gözləyirdilər hökumətdən?

Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, hələ heç zaman belə qısa intervala Azərbaycanda yanacağın qiyməti artırılmamışdı. Sonuncu dəfə yanacaq artımı cəmi 13 ay əvvəl baş vermişdi. O zaman demək olar ki, orta hesabla yanacağın orta hesabla qiyməti 30% cıvarında artmışdı. “Demək, bu artımla o artımı eyniləşdirmək düzgün deyil, yəni strateji məqsədləri başqadır”, – deyə ekspert izah edir.

Onun fikrincə, 2013-cü ilin dekabrında yanacağın qiymətindəki bu qədər artım faktiki olaraq nə ictimai nəqliyyatda, nə şəhərlərarası nəqliyyatda (düzdü sonradan oldu, ancaq kiçik bir artım), nə də ərzaq məhsullarının və xidmətlərin qiymətlərində özünü büruzə vermədi. Hökumət əlindəki administrativ metodlarla bunun qarşısını ala bildi. Digər tərəfdən 2014-cü ilin birinci yarısında neftin orta ixrac qiyməti 111 dollardan yüksək bir həddə oldu ki, bu da hökumət üçün qarşıda duran bütün öhdəlikləri gen-bol ödəməyə imkan verirdi.

İlin ikinci yarısından isə dünya bazarında neftin qiyməti düşməyə başladı, ancaq sentyabrın ikinci ongünlüyündə neft 100 dollar psixoloji həddini keçdi. Bu o zaman idi ki, Azərbaycanın müvafiq nazirlikləri artıq 2015-ci il üçün büdcə layihəsini hazırlayıb Nazirlər Kabinetinə təqdim edirdilər. Və büdcədə neftin qiyməti bir barel üçün 90 dollardan proqnoz edilmişdi. Nazirlər Kabineti büdcəni təsdiq edəndə neftin qiyməti təqribən 95 dollar idi və o ümidlər var idi ki, qiymət düşməsi müvəqqəti amildir, sonradan yenidən yüksələcək. Bu ümidlər elə Milli Məclis büdcəni noyabrda təsdiq edəndə də səslənirdi hökumət üzvləri tərəfindən: o zaman artıq neftin qiyməti 80 dollardan aşağı bir həddə düşmüşdü. 2015-ci ilin əvvəlində isə artıq neft 50 dollardan da aşağı bir həddə qədəm qoymuşdu.

“Ancaq neftin 90 dollarlıq illik otra ixrac qiyməti zamanı Azərbaycan büdcəsinin kəsiri 1,7 milyard manat səviyyəsində proqnoz edilmişdi. Bəs bu kəsiri necə doldurmalı sualı, əlbəttə, hökuməti narahat etməyə bilməzdi. Bunun bir hissəsi 2014-cü ilin büdcəsinin icrası zamanı həyata keçirildi. Məlum oldu ki, ötən ilin büdcəsinin xərc hissəsindən təqribən 1,3 milyard manatdan çox vəsaitə qənaət etmək mümükün olub. Ancaq neftin orta qiyməti orta hesabla 60 dollar olarsa belə, büdcəyə kifayət qədər əlavə vəsait cəlb etmək gərəkdir”, – deyə İlham Şaban bildirir.

Milli Məclisin dekabr ayında “Yol Vergisi haqqında” qanuna dəyişiklik etməsindən sonra həmin 2 qəpik məsələsi gündəmə gəldi. Bu ona dəlalət edirdi ki, bundan sonra yol vergisi yanacaq işlədən hər bir istehlakçıdan tutulsun. Əvvəllər bu vergi avtomobilə texniki xidmət zamanı maşının mühərrikinin ghəcminə görə müəyyən edilirdi. İndi isə hər litr üçün 2 qəpik. Ona görə də yanacağın qiymət artımına görə qazanc SOCAR-a deyil, Vergilər nazirliyinə daxil olacaq.

Ancaq 2 qəpik vəsaitlə və 1,2 milyon sürücü ilə büdcəyə nəsə kömək etmək olarmı, sual edir ekspert? Bu çox cüzi bir rəqəm olacaq vergi daxilolmalarında. Bəs nədən hökumət ona belə ciddi-cəhdlə hazırlıq görüb onda?

            İlham Şaban hesab edir ki, bu dəfəki yanacağa qiymət artımı ölkə iqtisadiyyatında yaranmış fərqli bir situasiyada baş verdiyindən ona da o baxımdan yanaşmaq lazımdır. “Əlbəttə hökumət sürücülərin 2 qəpiyinə möhtac qalmayıb, Neft Fondundan lazım gəlsə 10 qəpik də transert edərdi. Demək, hökumət bu 2 qəpiyin doğuracağı multieffektə ümidlidir”, deyə ekspert vurğulayır. Miltieffektiv təsirlər isə yanacağın qiymətinin artımından sonra ictimai nəqliyyatın qalxması və sair kimi addımları göstərir.

Bunlar ticarət və xidmət dövriyyəsini artırar, vergi yığımını yüksəldər, ÜDM-in neftin qiymətlərinin kəskin düşməsi fonunda azalmasının qarşısı ala bilər.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.