Çərşənbə axşamı, Mart 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Fevralda Bakıda “Cənub” qaz dəhlizinin birinci məşvərət şurası keçiriləcək

15/01/2015
1
BAXIŞ
Share on FacebookShare on Twitter

ankara-ilGələn ay Bakıda “Cənub” qaz dəhlizinin birinci məşvərət şurası keçiriləcəkdir. Şuranın iclasında bu layihənin icrası ilə bağlı konkret, dəqiq tövsiyələr veriləcək.Bu haqda Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasından sonra iki ölkə dövlət başçısının mətbuata bəyanatla çıxışı zamanı bildirib.

İlham Əliyev bildirib ki, 2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq. Türkiyə şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər və 10 milyard dollar həcmində layihələr icra etmişlər.

“Əlbəttə ki, “Cənub” qaz dəhlizinin icrası enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirəcək və burada biz artıq çoxtərəfli əməkdaşlığa qədəm qoyuruq. Burada Türkiyə, Azərbaycan, Gürcüstan və “Cənub” qaz dəhlizinin digər üzvləri fəal, birgə fəaliyyət göstərməlidirlər”, deyə Prezident vurğulayıb.

“Mən onu da qeyd etməliyəm ki, “Cənub” qaz dəhlizinin təməli təxminən 3 il bundan əvvəl İstanbulda qoyulmuşdur. Biz TANAP layihəsinə imza atdıq. TANAP layihəsi əslində “Cənub” qaz dəhlizinin bel sütunudur, yəni, təməlidir. Beləliklə, bizim qəbul etdiyimiz qərar bu gün dünyanın çox böyük layihəsinə çevrilmişdir. “Cənub” qaz dəhlizi və “Şahdəniz” yatağının işlənilməsi hazırda Avropanın ən böyük infrastruktur layihəsidir. Bu layihəyə ümumilikdə 45 milyard dollar sərmayə qoyulacaq”, – deyə İlham Əliyev bildirib.

Digər məsələlərə gəldikdə, Azərbaycan Prezidenti əlavə edib ki, həm Bakı-Tbilisi-Qars dəmir yolu, eyni zamanda, digər layihələr vaxtında icra ediləcək. Bu gün müzakirə olunan hər bir məsələ özlüyündə nəhəng, böyük bir layihədir. TANAP, Bakı-Tbilisi-Qars, digər layihələr, bunlar strateji əhəmiyyətə malikdir və burada Türkiyə və Azərbaycan aparıcı rol oynayır. Əminəm ki, bütün bu layihələr vaxtında icra ediləcək.

“Bu il Türkiyədə bir neçə tədbir olacaqdır – Çanaqqala tədbiri, TANAP layihəsinin icrası ilə bağlı olan tədbir, digər tədbirlər. Yəni, Allah nəsib edərsə, bu il biz Türkiyədə tez-tez olacağıq və əziz qardaşımı təbii ki, Azərbaycana bir daha dəvət edirəm. Bizim tez-tez görüşlərimiz olur. Bu görüşlər xalqlarımızı, ölkələrimizi daha da sıx birləşdirir və Türkiyə-Azərbaycan gücünü daha da artırır”, – deyə Prezident fikrini tamamlayıb.

Eyni kateqoriyadan Digər materiallar

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.