Trans-Adriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) tikintisi layihəsi üzrə konsorsium böyük diametrli şar kranları və ötürücülərin tədarükçülərinin seçiminə dair tender keçirir. Bu barədə şirkətin elanında deyilir.
Müqaviləyə dair işlərin həcminə böyük diametrli şar kranlarının istehsalı, testi və tədarükü daxildir: ümumilikdə, 36 düym həcmdə 55 klapan və 48 düym həcmində 900 və 600 sinifli klapanlar.
Xəbər verildiyi kimi, uzunluğu 1800 kilometr təşkil edən Trans-Adriatik boru kəmərinin tikintisinə 2016-cı ildə başlamaq planlaşdırılır.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2020-ci ildə başlanması nəzərdə tutulur.
Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP – 20%, SOCAR – 20%, “Statoil” – 20%, “Fluxys” – 19%, “Enagas” – 16% və “EGL-Axpo” – 5%.