Siraf limanının direktor müavini Jamşid Hadcızade jurnalistlərnən görüşündə bildirib ki,Siraf limanından 10 milyon barel qaz kondensatı ixrac edilir və əsasən Asiya ölkələrinə tədarük edilir.
Hadcızadenin sözlərinə görə,Siraf limanına qaz kondensatı “Fəcrə Jam” zavodundan 56 km uzunluğunda olan 2 boru kəməri ilə daxil olur. Limanda isə məhsullar 40 min kub metr və ya 1 milyon barel tutumu olan anbarlara yüklənir.Məhsullar,əsasən Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Koreyaya tədarük edilir.
Siraf qaz-kondensat terminalı Buşehrdən 280 km aralıda Kanqan şəhəri ətrafında yerləşir.”Fəcr Jam” qaz emalı zavodu ölkədə bu tipli qədim və ən böyük zavoddur. Zavod 1988-ci ildə “Nar” və “Kanqan” qaz yatağlarının istismarından sonra açılıb. Keçən il bu zavodda 10 milyon kub metr qaz kondensatı,32 milyard kub metr qaz və 45 min ton mayeləşmiş karbohidrogen qaz istehsal edilib.