Cümə, İyul 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Rusiyanın “Qazprombank”ı “SOCAR-Polymer” layihəsinə $420 mln kredit ayırdı

13/12/2014
6
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR_QAZPROMBANKBu gün Bakıda SOCAR prezidenti Rövnəq Abdullayev Rusiyanın “Qazprombank” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Andrey Akimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

SOCAR-ın mətbuat xidməti məlumat verir ki, görüşdə R.Abdullayev SOCAR-ın son dövrdə əldə etdiyi nailiyyətlərdən danışıb, qarşıdakı illərdə həyata keçiriləcək regional və qlobal əhəmiyyətli layihələr haqqında məlumat verib.

Səmimi qəbul üçün təşəkkürünü bildirən A.Akimov Azərbaycanda bir neçə il əvvəl olduğunu diqqətə çatdırıb, ölkəmizdə baş vermiş sosial-iqtisadi dəyişiklikdən böyük təəssüratlar aldığını söyləyib, ölkəmizin enerji sektorunda böyük irəliləyişlər əldə olunmasından məmnunluğunu bildirib. O, SOCAR-ın qısa müddətdə böyük nüfuz qazandığını və buna görə də rəhbərlik etdiyi bankın şirkətlə əməkdaşlıqda maraqlı olduğunu xüsusi vurğulayıb.

Azərbaycan Prezidentinin sərəncamına əsasən, Sumqayıtda həyata keçirilən Kimya Sənaye Parkı layihəsi, habelə SOCAR-ın yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi haqqında təqdimatlar keçirilib. Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin və Dövlət Neft Şirkətinin məsul şəxsləri tərəfindən təqdim olunan layihələrin məqsədi, perspektivləri, maliyyə mənbələri və işlərin hazırki gedişi haqqında qonaqlara ətraflı məlumat verilib. Layihələr “Qazprombank” ASC-nin təmsilçilərində maraq doğurub.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Rusiyanın “Qazprombank” Açıq Səhmdar Cəmiyyəti arasında Sumqaylt Kimya Sənaye Parkında həyata keçirilən “SOCAR POLYMER” layihəsi üçün kreditin verilməsi üzrə Əsas Şərtlər Toplusu imzalanıb. Sənəddə deyilir ki, ildə 200 min ton polipropilen və 120 min ton polietilen istehsalı məqsədi ilə həyata keçirilən bu layihəyə “Qazprombank” ASC tərəfindən 420 mln dollar kredit ayrılması haqqında qərar qəbul olunub.

İmzalanmadan sonra çıxış edən “Qazprombank” ASC İH-nin sədri A.Akimov bildirib ki, SOCAR-ın mühüm əhəmiyyət kəsb edən irimiqyaslı layihələri beynəlxalq enerji və maliyyə sektorunda şirkətə böyük etimad qazandırıb. 10 il müddətinə və zəmanət tələb edilmədən verilən bu kredit Azərbaycana, onun neft-qaz sektorunun lokomotivi olan SOCAR-a bəslənilən inamın və etimadın bariz göstəricisidir.

Tədbirdə o da qeyd olunub ki, “Qazprombank” ASC tərəfindən SOCAR üçün 2 milyard dollar həcmində kredit limiti açılıb.

 

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.