Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Rusiya və Ukrayna hal-hazırda 2019-ci ildə cari müqavilə başa çatdıqdan sonra Ukrayna ərazisindən Avropaya Rusiya qazının tranziti sahəsində gələcək münasibətləri müzakirə etmirlər.
“Ukrayna ərazisindən qaz tranziti barədə heç bir danışıqlar getmir. Ukrayna tranzit müqaviləsinə yenidən baxmaq istəyir. Biz hesab edirik ki, 2019-cu ilə kimi mövcüd müqavilə fəaliyyət göstərməlidir. 2019-cu ildən sonrakı tranzitə gəldikdə isə bu gün bu məsələ müzakirə olunmur”, – deyə Novak “Rusiya 24” kanalına müsahibəsində bildirib.
Eyni zamanda Novak qeyd edib ki, Ukrayna lazım olduğu qədər Rusiya qazını alacaq.