Bazar ertəsi, İyun 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Neft böhranı Azərbaycana necə təsir edəcək? – Proqnoz

09/12/2014
2
BAXIŞ
Share on FacebookShare on Twitter

socar-n2

“Dekabr ayında hətta neftin orta qiyməti 60 dollardan bir qədər aşağı düşsə belə, Azərbaycan hökuməti ümumən qarşısında duran proqnoz göstəriciləri tam şəkildə yerinə yetirmiş olacaq”.

            Bu sözləri Axar.az-a iqtisadçı ekspert İlham Şaban son günlər neftin qiymətinin durmadan aşağı düşməsi və bunun Azərbaycana təsirlərindən danışarkən bildirib.

Ekspertin fikrincə, neftin qiymətinin ilin ikinci yarısından sürətlə düşməsi faktiki olaraq büdcədə hiss edilməyəcək:

“Neftin qiymətinin düşməsinin Azərbaycana təsirindən danışarkən biz iki məsələyə diqqət yetirməliyik: azalmanın Neft Fonduna və büdcəyə mənfi təsiri. Bu ilin büdcəsində neftin orta ixrac qiyməti 100 dollardan proqnoz edilib. Və 11 ayın yekunlarına görə, Neft Fondunun yaydığı məlumata əsasən, Azərbaycan neftinin orta ixrac qiyməti 105,6 dollar təşkil edib. Bu o deməkdir ki, dekabr ayında hətta neftin orta qiyməti 60 dollardan bir qədər aşağı düşsə belə, Azərbaycan hökuməti ümumən qarşısında duran proqnoz göstəriciləri tam şəkildə yerinə yetirmiş olacaq.

Neft sektorundan alacağı proqnoz tam şəkildə yerinə yetiriləcək. Ancaq bir şeyə diqqət çəkmək istərdim ki, artıq ilin 10 ayında Dövlət Neft Şirkətinin büdcə qarşısında ödəmələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 18%-dən  çox yerinə yetirilmişdi, yəni SOCAR illik planı faktiki doldurmuşdu. Neft Fondundan büdcəyə transfertlər isə stabildir, burada bir problem yoxdur. Ona görə də bu il üçün neftin qiymətinin ilin ikinci yarısından sürətlə düşməsini faktiki olaraq büdcə hiss etməyəcək”.

Ekspert neftin qiymətində durmadan davam edən ucuzlaşmanın  Neft Fonduna təsirlərindən də danışdı. İ.Şaban qeyd etdi ki, bunun üçün bir qədər araşdırmaya ehtiyac var:

“Bu il üçün Neft Fondunun gəliləri neftin 1 barelinin orta qiymətinin 100 dollardan proqnozu əsasında hesablanıb. Bu o deməkdir ki, ilin sonunda ümumən Neft Fondunun gəlirlərində də elə bir ciddi fərq gözlənilməyəcək. Çünki faktiki olaraq proqnoz göstəricilərinə əməl olunur. Bəs praktika nəyi göstərir?

Proqnoza əsasən, 2014-cü ildə Neft Fondunun gəlirləri 11 mlrd  626  mln 943,4 manat məbləğindədir. Bunun 11 mlrd  221 mln 286,4 manatı mənfəət nefti və qazının satışından əldə edilən gəlirlərdir. Yəni Fondun 97% gəliri məhz karbohidrogenlərin satışından formalaşır. Bu ilin 9 ayının yekunlarına görə, Fonda 10 mlrd 131 mln 900 min manat vəsait daxil olub ki, bunun da 9 mlrd 947 mln 800 mini karbohidrogenlərin satışından əldə edilən gəlirlərdir. III rüb ərzində Fondun gəlirlərini, əgər neftin orta hesabla 40%-ə qədər ucuzlaşmasını nəzərə alsaq, 2 mlrd manatdan az olmamalıdır. Bu isə o deməkdir ki, Fondun gəlirləri bu ildə proqnoz göstəricilərindən yüksək olacaq. Nədən belə bir nəticə alınır: ona görə ki, “Azəri-Çıraq-Günəş”li yataqlarında bu ildə iki platforma modernizasiya ilə bağlı hasilatı dayandırmalı idilər, ancaq bunun əvəzində dayanma bir platformada oldu – hasilat göstəriciləri proqnozu üstələdi”.

Qeyd edək ki, Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Nyu Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 2,79 dollar ucuzlaşaraq 63,05 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 2,88 dollar azalaraq 66,19 dollar olub.

            Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “Azeri Ligth” markalı neftin bir barelinin qiyməti 2,33 dollar ucuzlaşaraq 67,65 dollar təşkil edib.

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.