Bazar ertəsi, Fevral 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP hərraclarda bankların məxfi məlumatlarında yararlanır – Bloomberg

30/12/2014
0
BAXIŞ
Share on FacebookShare on Twitter

bp-xABŞ-ın nüfuzlu “Bloomberg” agentliyi daha bir sensasion araşdırmasını yayıb. Virtualaz.org saytı xəbər verir ki, bundan əvvəl Bakı-Tiflis-Ceyhan neft kəmərində 2008-ci ilin avqustunda, Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən üç gün əvvəl baş vermiş partlayışın kiberhücumla törədildiyinə dair ABŞ kəşfiyyatının sızdırdığı məlumatlar əsasında araşdırma dərc edən agentlik indi qlobal valyuta bazarında hökm sürən korrupsiyanı açır.

Məlum olur ki, bu korrupsiyanın içində BP korporasiyası və dünyanın dörd ən iri bankı da yer alır.

Araşdırmada deyilir ki, ötən il 400 milyard dollar təmiz gəlir əldə edən və dünyanın 80 ölkəsində işləyən BP hər gün maliyyə əməliyyatlarını həyata keçirmək üçün böyük məbləğlərdə valyuta dəyişir.

Bəs BP treyderləri dolları yuana, yaxud avronu funt-sterlinqə, rublu türk lirəsinə dəyişəndə valyuta kurslarının necə dəyişəcəyini haradan öyrənirlər?

“Bloomberg” araşdırıb ki, BP treyderləri müntəzəm olaraq dünyanın bir çox iri banklarındakı həmkarlarından qiymətli, eyni zamanda məxfi hesab edilən informasiyalar alıblar, qarşıdakı valyuta hərracları barədə məsləhətləşmələr aparıblar və dünya valyuta bazarını idarə etmək üçün digər sövdələşmələr ediblər.

Özü də BP iri bankların treyderləri ilə məxfi online yazışmaları həyata keçirmək üçün öz “chat room”unu – “Kartel” adlı qapalı çat otağını yaradıb. Bu şəbəkə vasitəsilə BP treyderləri “JPMorgan”, “Citigroup İnc.”, “Barclays (BARC) Plc” və  “UBS Group AG” banklarının treyderləri ilə hər gün online rejimdə əlaqə saxlayırlar.

BP treyderləri şirkətin həyata keçirəcəyi valyuta əməliyyatları barədə əvvəlcədən bank treyderlərini məlumatlandırıb. Bu məlumatlar əsasında valyuta birjalarında indekslər artırılıb, yaxud aşağı endirilib.

Agentlik qeyd edir ki, bu qalmaqal BP-dən başlamaqla 11 bankı əhatə edir. Londondan Sinqapura qədər 30-dan çox treyder bu korrupsiya sövdələşməsinin içindədir. Onları iş yerlərini itirmək təhlükəsi gözləyir. Ötən ay 6 bank informasiyaları müştərilərə ötürməkdə və əlbir işləməkdə ittiham olunaraq 4,3 milyard dollar məbləğində cərimələnib.

Dünyanın nəhəng bankları ilə BP arasında sövdələşmədən uduzanlar isə investisiya fondları, pensiyaçılar və gündəlik işlə məşğul olan birja treyderləridir.

Londondakı hüquq firması “Collyer Bristow LLP”nin partnyoru Yanin Aleksandr məsələni şərh edərkən deyib ki, banklar öz ciblərini bizneslə qarışdıra və vəhşi Qərbdə olduğu kimi hərəkət edə bilməzlər.

“Banklar maliyyə bazarının sabitliyi üçün məsuliyyət daşıyır və treyderlər öz davranışlarının müştərilərə, bütövlükdə bazara təsirini nəzərə almalıdır” – deyə Yanin Aleksandr bildirib.herrac

Hələlik BP treyderlərinə qarşı hansısa pozuntuya dair ittiham yoxdur. BP ilə banklar arasında qapalı internet şəbəkəsi 2009-cu ildə yaradılıb və bu işlə tanış olan mənbə deyib ki, “Kartel” fəaliyyətini ötən il dayandırılıb.

BP bildirir ki, məqsədi valyuta bazarlarına dair xülasə hazırlamaqdan ibarət olub.

“BP-nin 26 bank-partnyorla müştəri münasibətləri var. Şirkət müvafiq nizamlama orqanları ilə əməkdaşlıq edir və maliyyə bazarlarına dair tələblərə riayət edir” – deyə BP-nin London ofisi bildirir.

Böyük Britaniyanın Maliyyə Nəzarəti Administrasiyası və adları çəkilən 4 iri bank məsələni şərh etməyib.

“Bloomberg” isə “Kartel”dəki bəzi yazışmaların mətnini əldə etdiyini bildirir. Belə yazışmaların birində bank treyderi bildirir ki, BP Avstraliya dollarını ABŞ dollarına dəyişməyə hazırlaşır. Bu informasiya BP-dən valyuta əməliyyatından 30 dəqiqə əvvəl əldə edilib.

Məlumatı göndərən treyder bankları xəbərdar edir ki, Avstraliya dollarının kursu aşağı düşəcək.

Daha bir məlumatda BP treyderləri bildirir ki, banklar dolları yapon iyeninə dəyişirlər.

Araşdırmada deyilir ki, BP dünya valyuta bazarında əsas oyunçudur və 5,3 trilyon dollarlıq valyuta dövriyyəsinə malikdir. Şirkətin xam neftin satışından əldə etdiyi valyuta Azərbaycandan tutmuş Trinidada qədər çoxsaylı ölkələrdə işçilərin maaşlarını ödəmək, infrastruktur layihələrini maliyyələşdirmək üçün yerli valyutalara çevrilir.

Sıxılmış təbii qaz və kerosin kimi neft-qaz məhsulları yuana və reala satılır. Maliyyə əməliyyatlarını həyata keçirmək üçün şirkətin xüsusi bölməsi var. Başqa korporasiyalardan fərqli olaraq bu mərkəz həm də gəlir əldə edən biznes subyektidir.

Bildirilir ki, iri bankların və BP-nin öz aralarında həyata keçirdiyi bu sövdələşmə nəticəsində dünyanın hər yerində investisiya fondları böyük vəsaitlər itiriblər. Hazırda ABŞ Ədliyyə Nazirliyi və Britaniyanın xüsusilə iri həcmdə maliyyə fırıldaqlarına qarşı mübarizə Agentliyi qlobal maliyyə bazarındakı maxinasiyalar barədə araşdırma aparır. Araşdırma başa çatandan sonra bu sövdələşmədə yer alanlara qarşı cinayət ittihamı irəli sürülə bilər.

 

 

 

Eyni kateqoriyadan Digər materiallar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.