Bazar ertəsi prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Prezidentə məlumat verilib ki, binada akt, konfrans, iclas zalları, iki hissədən ibarət “qış bağı”, “Petroleum lounge”, kitabxana və xəzinə yerləşir. Burada, həmçinin Azərbaycanda ilk dəfə olaraq Bina İdarəetmə Sistemi fəaliyyət göstərir.
Yeni inzibati bina yaşıl bina standartlarına cavab verir. Burada alternativ enerjidən istifadə məqsədilə günəş panelləri quraşdırılıb.
Qeyd edək ki, bu gün ARDNF-nin yaradılmasənən 15 ili tamam olur. ARDNF-ın məlumatına əsasən, bu müddət ərzində Neft Fonduna daxilolmalar 117,2 milyard dollar, xərcləmələr isə 80,1 milyard dollar təşkil edib.