Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım bildirib ki, Türkiyə Rusiya qazının alınmasını artırmaq niyyətindədir.
“Biz Rusiyadan qaz tədarükünü artırmaq niyyətimiz var. Ümid edirəm ki,enerji nazirimizin başçılıq etdiyi nümayəndə heyəti gəldiyi zaman,bu məsələ həllini tapacaq”, – deyə Yardım bildirib və əlavə edib ki, Ankara digər sahələrdə Rusiya ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Türkiyə ildə Rusiyadan 30 milyarda kub metrə yaxın qaz idxal edir.