Çərşənbə axşamı, Fevral 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-ın yeni binası neçəyə başa gələcək? – rəsmi münasibət

25/11/2014
5
BAXIŞ
Share on FacebookShare on Twitter

socar-binaDünəndən sosial şəbəkələrdə Azərbaycan Dövlət neft Şirkətinin (SOCAR) Heydər Əliyev prospektində tikilən yeni binasının qiymətinin 1,5 milyard dollar olması haqda qızğın mübahisələr səngimək bilmir.

Bununla bağlı Caspian Barrel-in sorğusuna cavab verən SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nizaməddin Quliyev bildirib ki, “sözügedən qiymət reallıqdan ən azı 5 dəfə şişirdilib”.

Şirkətin yeni binası Türkiyənin “Tekfen Construction and Installation Co.” tərəfindən həyata keçirilir. “Biz həmin şirkətlə müqaviləni 2010-cu ildə 235 milyon 400 min dollara bağlamışıq”, deyə SOCAR sözçüsü bildirib.

Nizaməddin Quliyevin sözlərinə görə, hazırda bu qiymət bir qədər artıb, çünki binanın ətrafında əlavə işlərin görülməsi zərurəti yaranıb. Buna görə də binanın təhvil verilməsi də hazırda 2015-ci ilin birinci yarısına planlaşdırılır.

SOCAR-ın binası 42 mərtəbəlidir. Onun 2 mərtəbəsi yerin altındadır. 3 mərtəbəsi təsərrüfat xarakteri daşıyır. Binanın ümumi sahəsi 100 min kvadrat metrə yaxındır ki, bundan da  zirzəmi və təsərrüfat sahəsi təxminən 52 min kvadrat metr, ofis hissəsinin sahəsi isə 40,5 min kvadrat metrdir.

Bu bina 2200 nəfərin eyni zamanda çalışması üçün nəzərdə tutulub. Layihəyə görə binaya 220 nəfərdən ibarət texniki heyət xidmət göstərəcək.

binassQeyd edək ki, Tekfen şirkətinin saytında bildirilir ki, SOCAR-ın yeni ofisinin tikinti işlərinə 2010-cu ilin iyununda başlanılıb. Qrafikə uyğun olaraq tkinti işləri 30 sentyabr 2014-cü ildə  başa çatıb. Hazırda tamamlama işləri gedir.

Tekfen şirkəti saytında bu işlərin qiymətini hazırda belə göstərib: $328 mln (vergilər daxil).

* SOCAR-ın müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildən başlanıb, bununla bağlı müsabiqə elan olunub, dünyanın, eləcə də Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılıb.

Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtınarxitekturasına, habelə SOCAR-ın qoyduğu texniki şərtlərə uyğunluğu baxımından Cənubi Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “külək-alov” konsepsiyası daha cəlbedici hesab edilib. 2007-ci ilin sentyabrında SOCAR ilə layihələndirmə müsabiqəsinin qalibi olan “Heerim Architects & Planners Co. Ltd” şirkəti arasında müvafiq müqavilə imzalanıb.

2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib və dünyanın səkkiz nüfuzlu tikinti şirkəti arasında “Tekfen İnşaat və Təchizat” şirkəti qalib gəlib və həmin şirkətlə SOCAR arasında müqavilə imzalanıb. Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini “Heerim” şirkəti həyata keçirir.

Eyni kateqoriyadan Digər materiallar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.