Newsru.com xəbər verir ki,Novosibirsk və Irkutskda YDM-də A-95 və A-92 benzinin qıtlığı yaranıb.
Yerli sürücülər və treyderlər Moskvanı günahlandırıllar – yanacağı yerli NEZ-dan paytaxt regiouna aparıb yüksək qiymətə satırlar.
Oktyabrın sonu –noyabrın əvvəlində Sibirin bəzi şəhərlərində YDM-də 95 və 92 markalı benzin qurtarıb.
“Sibir –QSM” müstəqil neft treyderləri assosasiyasının rəhbəri Yuliya Zolotovskaya bildirib ki,”Omsk NEZ-da istehsal edilən yanacağın bir hissəsi Moskva regiounda olan YDM-nin ehtiyaclarının ödənilməsinə gedir”.
“Vedomosti” qəzeti yazır ki,benzinlə yaranmış problem onunla bağlıdır ki,bir neçə neft emalı zavodu təmirə bağlanıb. Hələ oktyabr ayında neft treyderləri kömək üçün Novosibirsk vilayəti hökümətinə,Rusiya yanacaq ittifaqına və ölkənin Energetika Nazirliyinə müraciət ediblər.
Eyni zamanda “Sibkray.ru” portalının verdiyi xəbərə görə,oktyabrda yanacaq regionda orta hesabla 0.3% bahalaşıb.