Rusiya Federasiyası və Çin arasında ikitərəfli sazişlərin imzalanmasını şərh edən “Qazprom” rəhbəri Aleksey Miller jurnalistlərə bildirib ki, Moskva və Pekin Çinə Uzaq Şərqdən qaz tədarükünün ixracının yeni layihəsini müzakirə edirlər.
“Ortamüddətli perspektivdə,masada Çin ilə müzakirə edilən yeni bir marşrut var. Bu Uzaq Şərqdən Çinə boru kəməri ilə qazın ixracıdır”, – deyə Aleksey Miller bildirib. Onun sözlərinə görə, hazırda bu layihə müzakirə obyektdir.