Çərşənbə, Noyabr 12, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Rövnəq Abdullayev DESFA şirkətinə məxsus səhmlərdən danışdı

20/11/2014
0
BAXIŞ
Share on FacebookShare on Twitter

socar+desfa“DESFA şirkətinə məxsus səhmlərin SOCAR tərəfindən alınması məsələsinin Avropa Komissiyası tərəfindən araşdırılması üçün ikinci mərhələnin açılması müstəsna hal deyil və bu kimi hadisələrə Avropa Komissiyasının şirkətlərin birləşməsinə nəzarət prosedurunda tez-tez rast gəlinir”.

Trend-in SOCAR-a istinadən verdiyi məlumata görə, bunu Şirkətin prezidenti Rövnəq Abdullayev Yunanıstanın “İmerissia” qəzetinə müsahibəsində DESFA şirkətinə məxsus səhmlərin SOCAR tərəfindən alınması ilə bağlı Avropa Komissiyasının araşdırmalarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, SOCAR Komissiyanın bu prosesdə sərf etdiyi və gələcəkdə sərf edəcəyi zaman, səy və resursları yüksək qiymətləndirir: “Biz qısa müddət ərzində prosesin başa çatdırılması üçün Komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyik”.

“Avropa Komissiyası siz tərəfdən əlavə güzəştlər və ya öhdəliklər tələb edəcəyi halda müqavilədən imtina etməyi düşünürsünüzmü” sualına cavabında R.Abdullayev deyib ki, SOCAR razılaşmanın təsdiq edilməsi üçün daim əlindən gələni edib və göstərilən səylər Yunanıstan hökuməti və Avropa Komissiyası tərəfindən müsbət qarşılanıb: “Bu səbəbdən əminik ki, Avropa Komissiyasının Müsabiqə Direktoratı ikinci mərhələdə aparılacaq araşdırmaların nəticələrindən razı qalacaq. Hazırda, hipotetik məsələləri düşünmək üçün heç bir əsas yoxdur”.

Bu məsələnin Yunanıstan-Azərbaycan iqtisadi əlaqələrinə mənfi təsir göstərməsi ehtimalı ilə bağlı suala cavab verən SOCAR prezidenti bildirib ki, hər iki ölkənin rəhbərliyi tərəfindən dəfələrlə qeyd edildiyi kimi, Yunanıstan Azərbaycanın dostu və etibarlı strateji tərəfdaşıdır və bu əlaqələr əlbəttə ki, yalnız neft və qaz sənayesi ilə məhdudlaşmır, müxtəlif sahələrdə müsbət şəkildə inkişaf etməkdə davam edir: “Bu əlaqələr SOCAR nümayəndə heyətinin noyabrın 10-da Yunanıstana son səfəri və Yunanıstanın Baş naziri Antonis Samaras ilə keçirdiyi görüşlə daha da möhkəmlənib. Tərəflər arasında səmimi görüş olub və TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin SOCAR tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan-Yunanıstan münasibətlərinin hazırkı müsbət inkişafının yaxın gələcəkdə dəyişməsi üçün heç bir əsas yoxdur”.

“Bu hadisə TAP layihəsinə təsir göstərə bilərmi və əgər bilərsə hansı şəkildə” sualını isə R.Abdullayev belə cavablandırıb: “Ümid edirik ki, DESFA şirkətinə məxsus səhmlərin alınması vaxtında başa çatdırılacaq və bütün tərəflər gələcəkdə uğurlu əməkdaşlıq imkanlarından faydalana biləcəklər. Bildiyiniz kimi, iri beynəlxalq şirkətlər konsorsiumu olan TAP DESFA ilə müstəqil şəkildə əməkdaşlıq haqqında saziş imzalayıb və layihə Yunanıstanda çox yaxşı inkişaf edir”.

SOCAR-ın Yunanıstanda fəaliyyəti üçün perspektivlərə toxunan SOCAR prezidenti qeyd edib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin mühüm elementi enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq, Azərbaycandan Yunanıstana təbii qaz tədarükü və beynəlxalq enerji layihələrində hər iki tərəf üçün faydalı olan əməkdaşlıqdır: “Biz Yunanıstanı dəyərli tərəfdaş və mühüm bazar hesab edirik. İnanırıq ki, tərəfdaşlığımız Yunanıstana Cənubi Avropada geosiyasi mövqeyini daha da möhkəmlətməyə və Şərqdən Qərbə təbii qazın nəqli üçün alternativ enerji dəhlizinin yaradılmasında mühüm rol oynamağa imkan verəcək. Düşünürük ki, Yunanıstan regional qaz qovşağı və regionda təbii qaz sahəsində əsas oyunçu olmaq imkanına malikdir. Əsas məqsədimiz mövcud tərəfdaşlarımızla əlaqələri inkişaf etdirmək və möhkəmlətmək və eyni zamanda regionda gələcək biznes imkanlarının inkişafına çalışmaqdır.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində maraqları üst-üstə düşür, hər iki tərəf müvafiq enerji bazarlarının inteqrasiyasından bəhrələnə, bununla da enerji təhlükəsizliklərini gücləndirə bilər. Aİ və Azərbaycan enerji siyasətində eyni problemlərlə üzləşirlər. Enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, enerji bazarında islahatların dərinləşdirilməsi, enerji infrastrukturlarının inkişafı və modernizasiyası, enerji məhsuldarlığı və qənaəti, bərpa olunan enerji mənbələrindən istifadə hər iki tərəfi ciddi düşündürür. Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsi lazımi islahatlara imkan verər, eyni zamanda investisiya mühitini gücləndirər, gələcək investisiyalar üçün şərait yaradar “Tarixi perspektivdən baxanda, Azərbaycan həmişə özünü qlobal enerji təchizatı mərkəzi olmağa hazırlayıb və hazırlayır.

Bildiyiniz kimi, SOCAR hazırda 25 qlobal şirkətlə birlikdə bir sıra neft və qaz layihələri üzərində işləyir. Bu layihələr sırasında “Şahdəniz-2” qazını Avropaya ötürəcək Cənub Qaz Dəhlizini qeyd etmək istərdim. Cənubi Qafqaz, TANAP və TAP boru kəmərlərinin də daxil olduğu bu layihəyə yatırılan 45 milyon ABŞ dolları həcmində investisiyanın əhəmiyyətli hissəsi SOCAR tərəfindən qoyulur. Bu, bizim Aİ enerji təchizatı təhlükəsizliyinə tərəfdar olduğumuzu bir daha sübut edir. Bir daha qeyd etmək istərdim ki, SOCAR Avropanın etibarlı enerji tərəfdaşıdır. Biz həqiqətən də inanırıq ki, enerji təchizatı diversifikasiyası bu gün Avropa İttifaqının enerji siyasətində ən önəmli məsələlərdən biridir və SOCAR avropalı tərəfdaşlarını dəstəkləyir”.

Eyni kateqoriyadan Digər materiallar

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
“SOCAR Cape” “BP-Azerbaijan” ilə müqavilənin müddətini uzadıb
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.