SOCAR prezidenti Rövnəq Abdullayev çərşənbə günü jurnalistlərə bildirib ki,Azərbaycanda neft və qaz emalı və neft-kimya kompleksinin (OGPC) inşası $8 milyard sərmayə tələb edə bilər.
“Türkiyədəki NEZ Petkim bazasında inşa edildiyi üçün $5,5 milyard tələb edir. Orada əlavə enerji xərclərinə və digər komnukasiya xərclərinə ehtiyac yoxdur. Bundan əlavə Türkiyədə inşa edilən neft emalı zavodunda avtomobil benzini istehsal edilməyəcək. Neft emalı zavodunun OGPC ilə birlikdə inşası isə təxminən $8 milyard tələb edir. Ancaq,dəqiq rəqəmi indi ifadə etmək çətindir”,- deyə o qeyd edib.