“Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Avropaya qaz ixracı 2020-ci ildə başlayacaq. Trend xəbər verir ki, bunu “Cənub” qaz qəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Əfqan İsayev Bakıda “Neft-qaz həftəsi 2014” konfransında bu gün deyib.
Onun sözlərinə görə, bu layihə çərçivəsində Türkiyəyə qaz nəqlinə 2018-ci ildə başlanacaq.
İsayev həmçinin bildirib ki, ümumilikdə “Çənub qaz dəhlizi”nin bütün dörd seqmenti üzrə (3 boru kəməri və Şahdəniz-2-nin işlənməsi layihəsi) işlərin qiyməti hazırda 50 milyard dollaradək dəyərləndirilir.
Qeyd edək ki, oktyabr ayının əvvəlində TAP konsorsiumunun rəhbəri “Alman radiosuna” açıqlamasında ilk dəfə bəyan etmişdi ki, Azərbaycan qazının Avropa bazarına daxil olması 2020-ci ilə planlaşdırılır.