“The Wall Street Journal” qəzeti öz mənbəsinə istinadən yazır ki, ABŞ Ədliyyə Nazirliyi və Nyu-Yorkun şərq dairəsi prokrorluğu Rusiyalı iş adamı Gennadi Timçenkoya qarşı ABŞ-ın maliyyə sistemi vasitəsilə çirli pulların yuyulmasında iştirakına görə tədqiqata başlayıb.
Müstəntiqlər “Timçenkonun Rusiyada korrupsiya sövdələşmələri ilə bağlı vəsaitlərin ABŞ maliyyə sistemi vasitəsilə köcürüb-köcürmədiyini” araşdırıllar.
Prokrorluğu Timçenkoya məxsus “Gunvor Group” şirkətinin “Rosneftdən” aldığı neftin üçüncü şəxslərə satdığı neftlə bağlı sövdələşmələr maraqlandırır. Son aylarda müstəntiqlər bu əməliyyatlar çərçivəsində həyata keçrilən sövdələşmələrin qiymətləri barədə məlumatlar əldə ediblər.
Əgər vəsaitlər qanunsuz fəaliyyət nəticəsində əldə edilmişsə, sövdələşmələr çərçivəsində həyata keçrilən pul köçürmələri çirkli pulların yuyulması kimi təsnif ediləcək.
Timçenko və “Rosneft” hər hansı bir şərh verməkdən imtina ediblər. Prezidentin mətbuat katibi Dmitri Peskov G.Timçenko və Vladimir Putin arasında hər hansı bir iş və ya maliyyə əlaqələri haqqında məlumatları “cəfəngiyyat” adlandırıb.
Gunvor dövriyyəsinə görə dünyanın 4-cü neft treyderidir.