YEK Mərkəzi Nəzarət İdarəsinin məlumatına görə,2014-cü ilin 10 ayı ərzində Rusiyada avtomobil benzini istehsalı keçən ilin analoji dövrü ilə müqayisədə 2% azalaraq 31.4 milyon ton təşkil edib.
Oktyabrda benzinin istehsalı 9,2% azalaraq – 2.947 milyon ton olub. 10 ayda dizel yanacağı istehsalı 7.6% artaraq 63.9 milyon ton,oktyabrda isə 7% artaraq 6.151 milyon ton olub.
Mazut istehsalı yanvar-oktyabrda 4.8% artaraq 66.3 milyon ton,oktyabrda isə 6.7% artaraq 6.595 milyon ton təşkil edib.
Aviasiya yanacağı istehsalı 10 ayda 7.3% artaraq 9.299 milyon ton,hesabat ayında isə 7.3% artaraq 880.3 min ton olub.