“Anadolu” agentliyi xəbər verir ki,Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki,”Akkuyu” atom elektrik stansiyasının inşasına 2015-ci ilin martında başlanacaq.
Onun sözlərinə görə, nüvə elektrik stansiyalarının tikintisi Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir.
“Akkuyu” AES Rusiya layihəsi əsasında, hər birində VVER-1200 reaktoru olmaqla 4 enerji bloku inşa ediləcək. Atom elektrik stansiyasının tikintisi üzrə saziş 2010-cu ildə imzalanıb.
Hər bir enerji blokunun gücü 1200 meqavat olacaq və AES-nın ümumi gücü isə 4800 meqavat təşkil edəcək. Enerji bloklarının bir il fasilələrlə olmaqla,ardıcıl surətdə istsimara verilməsi nəzərdə tutulur.
Taner Yıldız bildirib ki,Rusiya Türkiyə iqtisadiyyatına AES-nın inşası da daxil olmaqla 22 milyard dollar sərmayə yatıracaq.