Türkiyədə TANAP layihəsi çərçivəsində tikinti və təchizat işlərində iştirak edəcək bütün şirkətlər ƏDV-dən azad olunacaq.
Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Türkiyə Nazirlər Kabinetinin qəbul etdiyi mövcud qərar gələn ilin yanvarından tətbiq olunacaq.
TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Qeyd edək ki, boru kəmərinin tikintisinin təməlqoyma mərasimi 2015-ci ilin martında keçiriləcək.