Oktyabrın 3-də AOCAR-ınxaricdə təhsillə bağlı TəqaüdProqramı Müsabiqə Komissiyasınınnövbətiiclası keçirilmişdir.
Bildirilmişdir ki, istedadlı və perspektivli gənclərin SOCAR-ın vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Təqaüd Proqramı çərçivəsində həyata keçirilən işlər uğurla davam etdirilir.
İclasda Təqaüd Proqramı çərçivəsində xarici universitetlərdə təhsillərini müvəffəqiyyətlə başa vurmuş 19 nəfər gəncin hesabatı dinlənilmişdir. Bildirilmişdir ki, 2-si bakalavr, 17-si magistr olmaqla məzunlar iqtisadiyyat, insan resurslarının idarəedilməsi, avtomatika və informasiya kommunikasiya texnologiyaları, neft mühəndisliyi, hüquq, ekologiya, logistika və tibb üzrə təhsillərini başa vurmuşlar.
Komissiya üzvlərinin suallarını cavablandıran təqaüdçülər təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliği istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat vermişlər. İclasda hesabatları ilə xüsusi fərqlənmiş bir qrup məzun dərhal seçilərək SOCAR-ın müxtəlif struktur bölmələrinə təyinat almışdır. Digər məzunların da müvafiq işlə təmin edilməsi məsələsinə yaxın günlərdə baxılacaq.
Müsabiqə Komissiyası daha sonra şirkətin maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil alan 7 nəfərin təhsil məsələsini müzakirə etmişdir.
Qeyd edək ki, bu günədək SOCAR-ın Təqaüd Proqramında 246 nəfər iştirak etmişdir. Hazırda onlardan 23 nəfər bakalavr, 27 nəfər magistr pilləsi üzrə, 1 nəfər isə uzmanlıq təhsilini Avropanın və Türkiyənin yüksək reytinqli universitetlərində davam etdirir.
İndiyədək 195 nəfər (bakalavr pilləsi üzrə 32, magistr pilləsi üzrə isə 161 məzun) təhsilini başa vuraraq vətənə qayıtmış və SOCAR-ən idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşlar.