Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Qazanbulaq-Ziyadxan” sahəsində 3D seysmik kəşfiyyat işlərini başa çatdırıb.
SOCAR-ın mətbuat xidmətinin yayadığı məlumata görə, əldə edilmiş məlumatlar hazırda emal olunur. İşlər “Qazanbulaq-Ziyadxan” sahəsinin geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi daşıyır.
Gəncə neftli-qazlı rayonunda yerləşən “Qazanbulaq-Ziyadxan” sahəsinin 100 kvadrat kilometrlik ərazisində həyata keçirilmiş bu tədbirlər axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.