Rumıniya prezidenti Trayan Besesku Avropa Birliyinin Brüsseldə keçrilən sammitindən sonra bildirib ki, Rumıniya öz təbii qazının ixracı üçün Cənub Axını qaz boru kəmərindən istifadə etmək niyyətində deyil.
Besesku vurğulayıb ki,ölkənin bütün qaz ixracı Rumıniyanın “Transgaz” şirkəti vasitəsilə həyata keçriləcək. Onun sözlərinə görə,hazırda Rumıniyada məişət və sənaye istehlakçılarının təbii qazla təmin edilməsində heç bir problem yoxdur,çünki,ölkə təlabatının 80% daxili istehsal hesabına ödənilir. Çatışmayan həcmlər Rusiyadan idxal edilir.