Rusiyanın ən böyük neft şirkəti “Rosneft” 2014-cü ilin 3-cü rübündə təmiz mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 280 dəfə azalaraq 1 milyard rubl təşkil edib. Analitiklər isə şirkətdən 4 milyard rubl xalis zərər gözləyirdilər.
2013-cü ilin 3-cü rübündə “Rosneft” şirkətinin xalis mənfəəti 280 milyard rubl təşkil etmişdi.
“Rosneft” mənfətin azalmasını 95 milyard rubl məbləğində məzənnə fərqi ilə izah edib.
3-cü rübdə “Rosneftin” gəliri 1.36 trilyondan 1.38 trilyona qədər artıb. EBİTDA üzrə göstərici 303 milyard rubldan 276 milyard rubla qədər azalıb.
Bu ilin 9 ayı ərzində şirkətin xalis nənfəəti 4% artaraq 261 milyard rubl,EBİTDA üzrə göstərici 29% artaraq 869 milyard rubl,gəlir isə 25% artaraq 4.2 trilyon rubl təşkil edib.
Üçüncü rübün sonuna şirkətin təmiz borcu 16% artaraq 1.77 trilyon rubl təşkil edib.