13-14 noyabr tarixlərində Bakıda energetika sahəsində mövcud olan standartların tətbiqi və təşviqi üzrə Forum keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
Forumun təşkilatçıları Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutudur.
“Forumun keçirilməsində məqsəd neft-qaz sahəsində çalışan şirkətlərin davamlı inkişafının təmin olunması üçün beynəlxalq standartlar əsasında idarəetmə sistemlərinin tətbiqidir. Forumda əsasən Azərbaycan, Rusiya və Qazaxıstanın yanacaq-enerji kompleksi müəssisələri iştirak edəcəklər”, – deyə Dövlət Komitəsindən qeyd ediblər.
Forum çərçivəsində bir sıra sessiyaların keçirilməsi planlaşdırılır: “İdarəetmə sistemində beynəlxalq standartların inkişaf etdirilməsi”, “Gələcəyə baxış”, “Dəyirmi masa”, “İnteqrasiya olunmuş idarəetmə sistemlərinin tətbiqi təcrübəsi” və s.