Bazar, Noyabr 16, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Neft böhranlarının qısa tarixçəsi – likbez

21/10/2014
5
BAXIŞ
Share on FacebookShare on Twitter

dunya-neft2

Dəyərli oxucular və həmkarlar! Moderator.az son günlər dünya bazarında rəqs edən və rəqs etdikcə neftdən asılı Azərbaycan iqtisadiyyatını silkələyən neftin qiymətiylə bağlı ictimai marağı nəzərə alaraq dünyanın nüfuzlu iqtisadi dərgilərinin birindən olduqca maraqlı təhlili tərcümə etməyi lazım bilib. Ümid edirik ki, zəhmətimizi qiymətləndirəcəksiniz:

1972-ci ildə neftin bir barrelinin qiyməti 3 dollar idi, 1974-cü ilin sonuna yaxın isə bu qiymət dörd dəfə artaraq bir barrel üçün 12 dollar təşkil edirdi. Bunun əsas səbəbi 1973-cü ilin ərəb-İsrail müharibəsi idi. Bu müharibədə ABŞ İsrailin tərəfini tuturdu, əvəzində OPEC dövlətləri neft bazarına zərbə vurmuş olan embarqoya əl atmışdılar.

1973-cü ildən 1978-ci ilə kimi neftin qiyməti nominal olaraq barrel üçün 12.21 dollardan 13.55 dollara qədər yüksəlmiş olsa da, onun real ifadəsi nominaldan hətta bir az aşağı idi.

1970-ci illərin sonunda İranda inqilab baş verdi və neft istehsalı demək olar ki, dayandı. Daha sonra, 1980-ci ildə İraq İrana hərbi müdaxilə etdi, nəticədə dünya neft istehsalının həcmi 10% azalmış oldu və bir barrel neftin qiyməti 14 dollardan 35 dollara qalxdı. Yeri gəlmişkən, o vaxtdan bəri İranın neft hasilatı axıra kimi bərpa edilməmiş qalır.

Dünya birliyi dəfələrlə OPEC-dən neftin qiymətini azaltmağı xahiş etsə də, təşkilata daxil olan ölkələr bunu etməkdən imtina edirdilər. Bu vəziyyət dünyanın başqa ölkələrində neft kəşfiyyatı işlərinin daha da sürətləndirilməsinə təkan verdi və Yaxın Şərqdən kənarda enerji daşıyıcıları ilə bağlı təklifin artmasına səbəb oldu.

OPEC -in sonradan istehsal kvotalarını azaltmaq üçün əl atdığı tədbirlər nəticə vermədi, qiymətlərin aşağı yuvarlanmasının qarşısını almaq mümkün olmadı. Hətta 1986-cı ilin dekabrında neftin bir barrelinin 18 dollar səviyyəsində saxlanması haqqında OPEC dövlətləri arasında imzalanmış saziş artıq 1987-ci ilin yanvarında pozuldu.

Baxmayaraq ki, Fars Körfəzindəki hərbi münaqişə neftin qiymətlərinin artmasına səbəb olmuşdu,    inflyasiya da öz işini gördü və 1994-cü il üçün neftin qiymətləri real ifadədə 1973-cü ilin ən aşağı həddinə düşdü.  O biri tərəfdən  neftə olan tələbat, xüsusi ilə də Asiya ölkələri tərəfdən durmadan artırdı.

1990-1997-ci illərdə neftin gündəlik istehlakı 6.2 milyon barrelə qədər yüksəldi. Artmaqda olan tələbatı qarşılaya bilmək üçün OPEC 1998-ci ilin yanvarından neft hasilatını artırmağa başladı və istehsalın həcmini gündə 27.5 milyon barrelə çatdırdı.

Yenidən Asiyada meydana gəlmiş iqtisadi böhran neftə olan tələbatı azaltmış oldu. Nəticədə neftin qiyməti kəskin şəkildə aşağı düşdü. OPEC qiymətləri stabil saxlamaq naminə neft hasilatını davamlı olaraq azaltsa da, nəticə 1998 –ci il ucuz neft ili kimi yadda qaldı, bunun ən çox mənfi nəticələri ilə üzləşən həm də Rusiya iqtisadiyyatı oldu.

2000-ci ildə neft bazarında vəziyyət qaydalaşmağa başladı. Amma tezliklə İraqda başlayan müharibə nəticəsində neftin qiymətləri kəskin şəkildə artmağa başladı, əvvəlcə bir barrel üçün 40, daha sonra 50 dollara çatdı. 2005-ci ilin ortaları üçün neftin qiymətləri bir barrel üçün 52-55 dollar təşkil edirdi, həm də hər gün qiymətlərin 2-3 faiz oynadığını müşahidə etmək olurdu.

Ənənəvi olaraq dünyanın ən böyük neft idxalçısı olan ABŞ-dan başqa, son illər Çinin timsalında bazarda daha bir nəhəng istehlakçı meydana gəldi.  Analitiklər indiyə kimi yeni bu dünya nəhənginin neftə və yanacağa olan tələbatı azaldacağını heç cür güman etmirlər, heç olmasa ona görə ki, davamlı inkişafda olan bu ölkədə hələ ki, hər bir ailə nəzərdə tutulmuş bir maşına sahib olmayıb, belə ki, Çində yanacağa olan tələbatın fövqəladə dərəcədə artacağı hələ yaxın gələcəyin məsələsi olaraq qalmaqdadır.

Ədalətli qiymət

Neftin ədalətli qiyməti məsələsi uzun zamandır ki, neft treyderlərini  və onlarla yanaşı dövlət başçılarını narahat edir. Belə ki, ədalətli qiymət dedikdə həm satıcını, həm də alıcını qane edə biləcək həddə müəyyən edilmiş qiymət nəzərdə tutulur. Bununla belə, o da bəllidir ki, nə alıcılar, nə də satıcılar dünyanın NYMEX və İPE kimi birjalarında və ya Asiya bazarlarında enerji daşıyıcıları üçün müəyyən edilən qiymətlərdən razı qalmırlar.

Heç kim bunu dəqiq bilmir ki,  neftin bir barreli üçün zaman-zaman müəyyən edilən qiymət 50, və ya 60, ya da 70 dollar azdır, ya çoxdur. Bir dəfə 2004-cü ildə ekstravaqant-qeyri-adi bir şəxs olan Venesuela Prezidenti Uqo Çaves demişdi ki, ədalətli olması üçün neftin bir barrelinin qiyməti 126 dollar olmalıdır. Çavesin hesablaması çox sadə idi, xüsusi ilə İraq-İran müharibəsi dövründəki qiyməti ədalətli saymalı olsaq (1980-ci il, 35 dollar/barrel) və keçən zaman ərzindəki inflyasiyanı nəzərə alsaq, məhz onun söylədiyi bu şok rəqəmi almış olardıq.

Prezident Çaves üçün, OPEC üzvü olan tərəf kimi, daha bahalı qiymət təbii ki daha sərfəlisidir. Biz isə, bazis olaraq 1974-cü ilin qiymətlərinə əsaslanıb daha konservativ bir hesablama aparaq. O zaman neftin qiyməti 11 dollar 20 sent idi, indiki qiymətlərlə bu rəqəm bir barrel neft üçün 40 dollar təşkil edirdi. Ehtimal etmək olar ki, OPEC də oxşar qaydada ədalətli qiymət siyasəti tərəfdarıdır. Amma bunun bir faydası olacaqmı?

Hər şey müqayisədə bəlli olur

Neft üçün ədalətli qiymət – çox mükəmməl olmayan bir anlayışdır. Özü də indiyə kimi iqtisadçı mütəxəssislər bir ortaq məxrəcə gələ bilmirlər ki, neftin qiymətinin artması yaxşı əlamətdir, yoxsa pis. Çoxları təbii ki, neftin qiymətlərinin yüksəlməsini yaxşı əlamət kimi qəbul etmir.

Belə ki, neft idxal edən ölkələrdə müəssisələr sənaye mallarının qiymətlərini müvafiq olaraq qaldırmalı olurlar. İnflyasiya baş verir. İqtisadiyyat  yeni neft qiymətlərinə uyğunlaşmağa məcbur olur  və neft idxalından asılılığını azaltmaq üçün tədbirlərə əl atır. Nəticədə idxal edilmiş neft ehtiyyatları azalmağa başlayır, ixrac da azalır, enerji daşıyıcılarından qənaətlə istifadə etmək rejimi işə düşür və hər şey  daxıli bazarın tələbatlarını qarşılamağa yönəlir.

Neft ixracatçılarında isə, əksinə, “Holland Sindromu” başlayır. Büdcənin nəzərdə tutulmamış xərcləri yüksəlməyə başlayır, iqtisadiyyatın enerji daşıyıcılarının ixracından asılılığı ortaya çıxır və sair. Məlum mənzərədir, elə deyilmi?!

Yəqin çoxlarının yaddaşından çıxıb ki, hələ 1984-cü ildə ABŞ öz tarixində ÜDM istehsalında rekord göstəriciyə nail olmuşdu. İndiki qiymətlərlə müqayisədə, onda neftin bir barrelinin qiyməti 57-65 dollar arasında idi. Hətta belə bir misal da çəkirlər ki, əgər o zaman ABŞ da neftin qiyməti daşınmaz əmlakın qiymətləri kimi yüksəlməkdə davam etsəydi, onda onun bir barreli indi azı 100 dollar təşkil edərdi. Odur ki, neftin qiyməti çox mürəkkəb bir məsələdir və onu dəyərləndirməmək olmaz.

Bu təklifin xeyrinə olaraq geofizik King Xabbertin hesablama modelini  gətirmək olar. Xabbertin hesablama modelinə görə dünyada neft hasilatı cədvəli “zıngrovlar” şəkilindədir: artan tələbat – artan təklifə səbəb olduğu kimi, artan təklif – artan hasilatı şərtləndirmiş olur. Xabbertin hesablamalarına görə bu cür davam etmək təhlükəlidir və hansısa bir həddə neft hasilatını artırmaq doğru deyildir. Belə ki, yeni quyular olsa-olsa köhnə quyularda artıq aşağı düşmüş hasilatı əvəz edirlər. Hasilatı yüksəltməklə amansız istismar nəticəsində həm köhnə quyular tez sıradan çıxır, həm də yenilərində hasilat get-gedə azalmaqda davam edir. Müəyyən zaman keçdikdən sonra tarazlıq tamam pozulur və mənfi neft hasilatı başlayır, hasilatın həcmi düşməyə və yayla həddinə doğru gedir…

Eyni kateqoriyadan Digər materiallar

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
“SOCAR Cape” “BP-Azerbaijan” ilə müqavilənin müddətini uzadıb
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.