“LUKoyl-Niznevolzhsk” MMC-in direktor müavini Vladimir Loqaçev bildirib ki, LUKoil Şimali Xəzərdə yataqların inkişafı üçün 25 platforma tikməyi planlaşdırır.
Onun sözlərinə görə 2022-ci ilə kimi şirkət Filanovski yatağının işlənməsi üzərində çalışacaq.
“Biz yatağın işlənməsinin ikinci mərhələsinin layihələrinə başlamışıq. Əlavə iki platforma olacaq. Hazırda dayaq bloklarının, üst quruluşların, yaşayış blokun inşası gedir”, – deyə Loqaçev bildirib.
O qeyd edib ki, 2017-ci ildə şirkət yatağın işlənməsinin üçüncü mərhələsinə başlamağı planlaşdırır.
LUKoil Filanovski adına yatağı 2005-ci ildə kəşf edib. Yatağın çıxarıla bilən ehtiyatları C1 + C2 kateqoriyasına görə 153.1 milyon ton neft və 32.2 milyard kub metr qazdır.