İranın mühəndislik və tikinti milli neft şirkətinin direktoru Əli Asqar Sajeda bildirib ki,İranda Bender-Abbas-Rafsanjan neft məhsulları boru kəmərinin inşası üzrə işlərə başlayıblar.
Onun sözlərinə görə layihənin həyata keçrilməsi üçün podratçı şirkət müəyyən edilib və 30 ay müddətində həyata keçrilməsi qərara alınıb. Boru kəmərinin uzunluğu 468 km olacaq. Boru kəmərinin yolunda olan şəhərlərə kəmərdən qollar inşa ediləcək.
Layihə üçün sərmayələrin həcmi €22 milyon,həmçinin 3.1 trilyon real ($95 milyon) təşkil edəcək. Bundan əlavə boruların alınmasına $110 milyon vəsait ayrılacaq.
Boru kəməri “Setaraye Xəlidcə Fars” neft emalı zavodundan neft məhsullarının nəqli üçün nəzərdə tutulub. Kəmərin buraxılış gücü gündə 300 min barel olacaq.
Xatırladaq ki,NEZ-nın nirinci növbəsi 2015-ci ildə istifadəyə veriləcək. Zavod ildə 36 milyon litr benzin,14 milyon litr dizel yanacağı və 4.5 milyon litr mayeləşmiş təbii qaz istehsal edəcək.