Dövlət Statistika Komitəsi neft emalında 7% azalma qeydə alıb
Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2014-cü ilin yanvar-sentyabrında Azərbaycanın neft emalı zavodları (Azərneftyağ və H.Əliyev adına zavod) istehsalın həcmini ötən ilin analoji dövrü ilə müqayisədə 7,2% – 1 mlrd. 962,7 mln. manata qədər azaldıblar.
Statistik məlumatlara əsasən, hesabat dövründə avtomobil benzini istehsalı 13,3% – 911,7 min tona qədər, kerosin istehsalı 1% – 525,1 min tona qədər, dizel yanacağı istehsalı 6,7% – 1 mln. 746,5 min tona qədər, neft bitumu istehsalı 19,4% – 189,2 min tona qədər azalıb.
Yanvar-sentyabrda birbaşa qovulan benzin istehsalında 44,5% – 144,8 min tona qədər, sürtkü yağı istehsalında isə 17,4% – 40,5 min tona qədər artım olub.