“İnterfax” agentliyi “Qazprom” şirkətinin maliyyə və iqtisadiyyat departamentinin müdir müavini Aleksandr İvannekova istinadən məlumat yayıb ki,”Cənub Axını” layihəsinin dəyəri ilkin dəyərləndirmə ilə müqayisədə 47% artaraq €23,5 milyard ( cari kurs ilə $29,8 milyard) olub.
İvannekovun sözlərinə görə,layihənin dəniz hissəsinin inşası €14 milyarda,Avropada quru hissəsinin inşası isə €9.5 milyarda qədər bahalaşıb. Boru kəmərinin inşası üçün “Qazprom” Rusiyanın ixrac kredit və sərmayələrin slğortası agentliyinin (EKSAR) zəmanətini cəlb etmək istəyir.
“Cənub Axını” Ukraynadan yan keçməklə 61 milyard kub metr qazı Avropaya nəql etməyi nəzərdə tutur. Kəmərin Qara dənizin dibi ilə keçən hissəsini South Stream Transport,quru hissəsini isə Qazpromun kəmərin keçəcəyi ölkələrin şirkətləri ilə birgə müəssəsi tikəcək.
Boru kəmərinin tikintisi Avropa qanunvericiliyinə zidd olduğu üçün Avropa Komissiyası inşanı ləngidir. İyulda Bolqarıstan boru kəmərinin inşasını Avropa Komissiyasının tələbi ilə müvəqqəti dayandırıb.