Dünya bazarlarlarında neftin iyul ayının ilk ongünlüyündən başlayan ucuzlaşma prosesi bu gün də davam etməkdədir.
Bakı vaxtı ilə saat 11.00-da London əmtəə birjasında (İCE) Brent markalı neft dünənki hərraclardakı qiymətə nisbətdə 1,23 faiz ucuzlaşaraq bir barel üçün 90,98 dollar təşkil edib.
Caspian Barrel beynəlxalq təhlilçilərə istinadən bunu qlobal bazarda təklifin tələbatı üstələməsi faktoru ilə izah edir. Bunu yaradan əsas amillər kimi isə ABŞ-da neft hasilatının 1973-cü ildən bəri kəskin templə artması, əvvəl bu bazara yönələn neftin hazırda Avropa bazarında bolluğa gətirib çıxarması və nəhayət Səudiyyə Ərəbistanının öz neftini təqribən 1,2 dollar ucuzuna Asiyadan olan iri müştərilərə təklif etməsidir (bu təklif hesabına Səudiyyə neft hasilatını artıraraq özünün itkilərini müəyyən qədər kompensasiya edir).
Qeyd edək ki, London birjasında Brent markalı neftin qiyməti ilk dəfə $100 həddinə cari ilin sentyabrın 2-dəki hərraclarda düşmüşdü. Sonradan neftin qiyməti $105-a qədər qalxıb və ayın sonunda”$100-liq” psixoloji həddi keçərək daim enməkdə olub.