Financial Times nəşri yazır ki,Britaniyanın BP şirkəti Şimal dənizində İran dövlət şirkəti ilə birgə istismar etdiyi və 2010-cu ildə Avropanın İrana tətbiq etdiyi sanksiyalar üzündən istismarını dayandırdığı yataqda qaz hasilatını bərpa edib.
BP Şimal dənizində Rhum yatağının operatoru və 50% səhmə malikdir. Qalan 50% pay İranın dövlət National Iranian Oil Co şirkətinə məxsusdur. Rhum yatağının payına hasilat dayandırılına qədər Britanaiyanın ümumi qaz hasilatının 4-5% düşürdü.
Qərb ölkələri və İran arasında diplomatik münasibətlərin yaxşılaşması nəticəsində,ötən ilin oktyabr ayında, Böyük Britaniyanın Enerji və İqlim İdarəsi yataqda işi davam etdirməyə icazə verib. Lakin, təhlükəsizliy ilə bağlı texniki çətinliklər yataqda hasilatın başlanmasınə bir il gecikməsinə gətirib çıxarmışdı.
BP yataqda gündə 50 milyon kub fut təşkil edən ilkin hasilat səviyyəsinə çatmağı planlaşdırır. Yataqda maksimal hasilat isə gündə 300 milyon kub fut təşkil edəcək.