Bəhreyn KİV xəbər verirlər ki, 2010-cu ilin dekabrından bəri ölkə neftinin qiyməti ən aşağı səviyyəyə düşüb – bir barel üçün 88 dollar. Bir ay əvvəl krallığıda hasil edilən neftin bir barelinin qiyməti 97 dollar idi.
Qara qızılın qiymətinin belə kəskin düşməyi büdcədə kəsirin yaranmasına səbəb ola bilər,çünkü dövlət büdcəsində neftin qiyməti bir barel üçün 125 dollardan hesablanıb.
Bəhreyn gündə 194 min barel neft hasil edir. Bundan əlavə,150 min barel neft Abu Saafa dəniz yatağında hasil edilir ki,Bəhreyndə onu Səudiyyə Ərəbistanı ilə birlikdə istismar edir. Yatağda hsail edilən neft bərabər şəkildə bölünür.
Əvvələr,Bəhreyn neft şirkəti gündəlik neft hasilatını 25 min barel artırmaq niyyətini açıqlamışdı.